“Onu “Qarabağ”dan transfer etmək istəyirdik, alınmadı”
Icma.az, Qol.az saytına istinadən bildirir.
Ukraynanın “Polesye” klubunun baş məşqçi köməkçisi Sergey Kravçenko “Qarabağ”ın futbolçusu Aleksey Kaşuku transfer etmək istədiklərini təsdiqləyib.
QOL.az “Ukrainskiy futbol” nəşrinə istinadən xəbər verir ki, o, 26 yaşlı yarımmüdafiəçinin yayda komandalarına keçidinin baş tutmadığını bildirib.
Kravçenko Kaşukun oyun keyfiyyətlərini yüksək qiymətləndirib:
“Biz onu “Polesye”də görmək istəyirdik, çünki səviyyəsini yaxşı bilirik. O, təkbətək mübarizələrdə rəqibini çox yaxşı keçir, yüksək sürətə malikdir. Bizə belə futbolçular lazımdır. Yayda onu transfer etmək istəyirdik, amma müəyyən səbəblərdən alınmadı”.
Ukraynalı mütəxəssis Kaşukun “Qarabağ”da fərqli mövqelərdə oynadılmasına da münasibət bildirib:
“Mənim üçün Kaşuk sırf cinah futbolçusudur. Onun güclü tərəfi cinahda təkbətək mübarizə aparmaqdır. “Qarabağ”da bəzən oynadıldığı kimi, xətlər arasında və ya mərkəz hücumçusu mövqeyində çıxış etmək deyil”.
Qeyd edək ki, Kaşuk noyabrda ilk dəfə Ukrayna millisinə dəvət alıb və Şimali İrlandiyaya qarşı keçirilən görüşdə debüt edib.
Onun “Qarabağ”la müqaviləsi 2027-ci il iyunun 30-na qədər qüvvədədir.
Baxış sayı:87
Bu xəbər 17 Noyabr 2026 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















