“Əmlak eksperti” olan saxta general kassasiya şikayəti verdi KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Bakıda rüşvət alma və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə ittiham olunan Mirdaməd Əzizovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq.
İttihama görə, 1989-cu il təvəllüdlü Mirdaməd Əziz oğlu Əzizov özünü əmlak eksperti kimi təqdim edərək, 26 nəfərə məxsus ümumilikdə 431 600 manat məbləğində pulu aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib. O, bu əməlləri ilə külli miqdarda dələduzluğa yol verib.
Mirdaməd Əzizov mənzillərin alqı-satqısı sahəsində televiziyalarda, yazılı mətbuatda və sosial şəbəkələrdə ekspert kimi çıxış edib. Bu səbəbdən bir çox şəxs mənzil əldə etmək ümidi ilə ona müraciət edib. 2022-ci ilin əvvəllərindən etibarən Yasamal rayonunda yerləşən ofisində fəaliyyət göstərən Əzizov mənzil almaq istəyən vətəndaşlara guya Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) çalışan vəzifəli şəxslərlə əlaqələri olduğunu deyib. O, müəyyən məbləğ qarşılığında həmin şəxslərə mənzil ayrılmasında köməklik göstərəcəyini vəd edib.
Təqsirləndirilən şəxs bu yolla vətəndaşların etimadını qazanaraq, “Yeni Yasamal” yaşayış kompleksindən mənzil almaq bəhanəsi ilə 26 nəfərdən ümumilikdə 431 600 manat pul toplayıb və bu vəsaiti şəxsi ehtiyaclarına xərcləyib. Məhkəmədə etdiyi əməldən peşman olduğunu bildirib. O, özünə məxsus ofisdə saxta “general” geyimində vətəndaşları qəbul edərək onlarda inam yaradıb və pullarını alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il 6 ay həbs cəzası verilib.
Baxış sayı:128
Bu xəbər 17 Noyabr 2026 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















