Icma.az
close
up
RU
AFFA bu klubları cərimələdi SİYAHI

AFFA bu klubları cərimələdi SİYAHI

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

AFFA İntizam Komitəsi bir sıra klubları cərimələyib.
Bizim.Media xəbər verir ki, AFFA-nın açıqlamasında aşağıdakı klublara cərimə kəsildiyi bildirilib.
“7 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVI turun “Zirə” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Zirə” komandası 2000 manat cərimə edilsin (maddə 99, 57.2);
7 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVI turun “Zirə” – “Şamaxı” oyununun 53-cü dəqiqəsində “Şamaxı” komandasının 11 nömrəli futbolçusu Dioqo Balau ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Şamaxı” komandası 1000 manat cərimə edilsin (maddə 44.1);
7 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” – “Sabah” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
7 aprel 2026-cı il tarixində Misli Premyer Liqasında XXVI turun “Araz-Naxçıvan” – “Sabah” oyunu bitdikdən sonra “Araz-Naxçıvan” komandasının baş məşqçisi Andrey Demçenko hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Araz-Naxçıvan” komandası 2500 manat cərimə edilsin (maddə 51.2);
3 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu “Turan Tovuz” – “Zirə” görüşündə “Turan Tovuz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” komandası 5000 manat cərimə edilsin (maddə 52.5);
3 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu “Turan Tovuz” – “Zirə” görüşü bitdikdən sonra “Turan Tovuz” klubunun idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə “Turan Tovuz” komandası 15000 manat cərimə edilsin (maddə 88.4);
3 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu “Turan Tovuz” – “Zirə” oyununda “Zirə” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
5 aprel 2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən European Football Academy-Şamaxı FK oyununda Şamaxı FK komandasının heyətində N74 futbolçu İsmayıl Hüseynov qarşılaşmanın 65-ci dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 44.1)
5 aprel 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Sabah FK-Neftçi PFK oyununda Sabah FK komandasının heyətində N4 futbolçu Aslan Məmmədzadə qarşılaşmanın 55-ci dəqiqəsində perspektivli hücumun qarşısını aldığına görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 45)
5 aprel 2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən Sabah FK-Neftçi PFK oyununda qarşılaşmanın 90+5-ci dəqiqəsində Neftçi PFK komandasının heyətində N2 futbolçu Nahid Ömərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
31 mart 2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilən Zirə PFK-Neftçi PFK oyununda Zirə PFK komandasının heyətində N97 futbolçu İlyas Babayev qarşılaşmanın 62-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
2 aprel 2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilən Metak FK-Araz Naxçıvan PFK oyununda Metak FK komandasının heyətində N19 futbolçu Amir Tahirov qarşılaşmanın 90+1-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sari vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
5 aprel 2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilən Turan Tovuz FK-European Football Academy oyununda European Football Academy komandasının heyətində N4 futbolçu Amir Məmmədov qarşılaşmanın 85-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sari vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün, meydanı tərk edərkən hakimlər briqadasını təhqir etdiyi üçün növbəti 5 (beş) oyuna buraxılmasın. (Maddə 17.5 və 52.4)
5 aprel 2026-cı il tarixində AFFA U-16 Liqasında keçirilən Turan Tovuz FK-European Football Academy oyununda qarşılaşmanın 89-cu dəqiqəsində Turan Tovuz FK komandasının heyətində N17 futbolçu Əkbər Əzizli qeyri-idman hərəkətinə görə ikinci sari vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
1 aprel 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən Zirə PFK-Araz Naxçıvan PFK oyununda Zirə PFK komandasının heyətində N30 futbolçu Rəmzi İbadov qarşılaşmanın 5-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 46)
1 aprel 2026-cı il tarixində AFFA U-15 Liqasında keçirilən Zirə PFK-Araz Naxçıvan PFK oyununda qarşılaşmanın 79-cu dəqiqəsində Zirə PFK komandasının heyətində N1 futbolçu Məhəmməd Rəhimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
4 aprel 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Neftçi İK İB-Modern FC oyununda Neftçi İK İB komandasının heyətində N15 futbolçu Ramil Yusifzadə qarşılaşmanın 80-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
4 aprel 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən Neftçi İK İB-Modern FC oyununda qarşılaşmanın 80-ci dəqiqəsində Modern FC komandasının heyətində N8 futbolçu Nihad Həsənov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)
5 aprel 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən MOİK PFK-Liman UFK oyununda MOİK PFK komandasının heyətində N15 futbolçu Əyyub Mürsəlov qarşılaşmanın 80+1-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
5 aprel 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən MOİK PFK-Liman UFK oyununda MOİK PFK komandasının heyətində N77 futbolçu İsmayıl Əhmədov qarşılaşmanın 80+1-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
5 aprel 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən MOİK PFK-Liman UFK oyununda Liman UFK komandasının heyətində N20 futbolçu Cəbrayıl Şirinov qarşılaşmanın 80+1-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
5 aprel 2026-cı il tarixində AFFA U-14 Liqasında keçirilən MOİK PFK-Liman UFK oyununda N15 futbolçu Elşad Qafarlı qarşılaşmanın 80+1-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 45.1)
6 aprel 2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən UGİM(Culfa)-UGİM(Şərur) oyunu bitdikdən sonra UGİM(Culfa) komandasının heyətində 2012-ci il təvəllüdlü Əli Əsgərlinin meydana daxil olduğu üçün UGİM (Culfa) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 50)
5 aprel 2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən Zəfər PFK-Xan Futbol Klubu oyununda Zəfər PFK komandasının heyətində N17 futbolçu Həsən Əlizadə qarşılaşmanın 29-cu dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 52.3)
5 aprel 2026-cı il tarixində AFFA U-13 Liqasında keçirilən Zəfər PFK-Xan Futbol Klubu oyununda qarşılaşmanın 29-cu dəqiqəsində Xan Futbol Klubu komandasının heyətində N7 futbolçu Renat Əliyev rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın. (Maddə 52.3).
5 aprel 2026-cı il tarixində AFFA U-12 Liqasında keçirilən Araz Saatlı-Xan Marafon İK oyununun 44-cü dəqiqəsində Marafon İK komandasının məşqçisi Raqib Məmmədov hakimə etiraz olaraq komandanı meydandan çıxartdığı üçün Marafon İK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 77.1)
5 aprel 2026-cı il tarixində AFFA U-12 Liqasında keçirilən Araz Saatlı-Xan Marafon İK oyununun 44-cü dəqiqəsində Marafon İK komandasının məşqçisi Raqib Məmmədov hakimlərin ünvanına təhqiredici ifadələr işlətdiyi üçün növbəti 4 (dörd) oyuna buraxılmasın. (Maddə 52.4)
5 aprel 2026-cı il tarixində AFFA U-11 Liqasında keçirilən Binə FK-Azərbaycan Qartalları oyunu bitdikdən sonra Binə FK komandasının baş məşqçisi Anar Kərimov hakimlər otağına daxil olaraq hakimin ünvanına təhqiredici ifadələr işlətmişdir, AFFA və Hakimlər Komitəsinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün növbəti 10 (on) oyuna buraxılmasın. (Maddə 52.6)"
Qeyd edək ki, İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Aprel 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri