AFFA bu klubu cərimələdi
Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AFFA İntizam Komitəsi "Səbail" klubunu 1300 manat cərimələyib.
Teleqraf.com milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna "dənizçilər"in evdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Premyer Liqanın XIV turunun matçında yaşananlar səbəb olub.
Paytaxt təmsilçisi azarkeşlərin 62-ci dəqiqədə lazer işıqdan istifadə etməsinə görə 500 manat ödəyəcək. Bakı klubu görüş bitəndən sonra meydana kənar şəxslərin daxil olması ucbatından 800 manat ziyana düşüb.
"Qarabağ" isə 700 manat cərimələnib. Buna "köhlən atlar"ın 4 oyunçusunun sözügedən qarşılaşmada sarı vərəqə ilə cəzalandırılması əsas verib.
Baxış sayı:107
Bu xəbər 26 Noyabr 2024 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















