Icma.az
close
up
RU
Haaqada sabiq prezident Dutertenin məhkəməsi başlayır

Haaqada sabiq prezident Dutertenin məhkəməsi başlayır

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Noyabrın 30-da Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Filippinin sabiq prezidenti Rodriqo Duterte barəsində məhkəmə prosesinə başlayır. O, minlərlə insanın ölümü ilə nəticələnən narkotiklərlə müharibə kampaniyası zamanı insanlıq əleyhinə cinayətlər törətməkdə ittiham olunur.

Hazırda Rodriqo Dutertenin 81 yaşı var. O, BCM tərəfindən ittiham irəli sürülən ilk Asiya lideridir; təqsirli bilinəcəyi təqdirdə, bu məhkəmə tərəfindən məhkum edilən ilk sabiq dövlət və ya hökumət başçısı ola bilər.

Duterte üzərindəki məhkəmə prosesi milli məhkəmə sistemlərinin nüfuzlu şəxsləri məsuliyyətə cəlb edə bilmədiyi və ya bunu istəmədiyi hallarda onları mühakimə etmək üçün yaradılmış bu məhkəmə instansiyası üçün bir növ sınaq olacaq.

Duterte 2016–2022-ci illərdə Filippin prezidenti vəzifəsini tutub. O, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərt mübarizə yolu ilə küçə cinayətkarlığının kökünü kəsmək vədi ilə hakimiyyətə gəlmişdi. Hələ ölkənin cənubundakı iri meqapolis olan Davao şəhərinin meri olarkən o, özünü cinayətkarlıqla barışmaz mübariz kimi tanıtmışdı. Duterte bildirirdi ki, investisiyaların cəlb edilməsi üçün sülh və qayda-qanun vacibdir.

Onun avtoritar idarəetmə üslubu narkotik probleminin son dərəcə kəskin olduğu ölkədə böyük populyarlıq qazanmışdı. Duterte özünü siyasi autsayder kimi təqdim edir və paytaxt Manila elitası tərəfindən hüquqlarının pozulduğunu hiss edən Filippin əyalətlərinin sakinlərinin maraqlarını müdafiə edəcəyinə söz verirdi.

Onun ritorikası bəzən şok effekti yaradırdı. Hətta bir dəfə özünü Hitlerlə müqayisə etmişdi.

Narkotiklərlə müharibə siyasətinə görə o, illər sonra belə heç bir peşmanlıq ifadə etməyib. Videogörüntülərdən də məlum olduğu kimi, onu Haaqaya apararkən Duterte belə sual verirdi: “Qanun nədir və mən hansı cinayəti törətmişəm?”

Artıq başqa ölkədə həbsdə ola-ola, o, 2025-ci ildə xüsusi populyarlığa malik olduğu Davao şəhərində mer seçkilərində qalib gəlib.

Duterte nüfuzlu siyasi klana rəhbərlik edir. Qızı Sara Filippinin hazırkı vitse-prezidenti, oğlu Sebastyan isə Davaonun vitse-meridir (hazırda mer səlahiyyətlərini icra edir). Böyük oğlu Paolo isə Konqresin üzvüdür.

Məhkəmə 2011-ci il noyabrın 1-dən 2019-cu il martın 16-dək olan dövrdə törədildiyi ehtimal edilən qətllər, qətlə cəhdlər və digər cinayətlərlə bağlı üç ittiham maddəsinə baxacaq.

Bu dövr onun Davao şəhərinin meri vəzifəsində olduğu son illəri və prezidentlik müddətinin birinci yarısını əhatə edir. Məhkəmə araşdırması zamanı məhkəmənin qiymətləndirməsinə görə, Dutertenin narkotik yayıcılarını və istifadəçilərini təqib etmək üçün “ölüm eskadronlarından” istifadə etməsi praktikasını əks etdirən onlarla epizoda baxılacaq.

Prezident olarkən Duterte polisi narkotik ticarətində və istifadəsində şübhəli bilinən şəxslərə atəş açmağa və onları öldürməyə açıq şəkildə çağırırdı. Bu isə ictimai etirazlara səbəb olmuşdu.

Prezident olduğu müddətdə Duterte məhkəmə təqibindən toxunulmazlıq hüququna malik idi. Prezidentlik səlahiyyətləri başa çatdıqdan sonra ailəsi siyasi təsirini qoruyub saxladı və bir müddət onun xələfi - seçkilərə vitse-prezident seçilən Sara Duterte ilə tandemdə gedən prezident kiçik Ferdinand Markosla müttəfiq oldu. Markos sələfinin BCM tərəfindən həbs olunmasına imkan verməyəcəyini bəyan edirdi.

Lakin 2022-ci il seçkilərindən qısa müddət sonra Markos və Duterte ailələrinin ittifaqı dağılmağa başladı: iki ailə fərqli siyasi xətt yürütməyə girişdi. Bir çoxlarının Markosun ən real varisi hesab etdiyi Sara Duterte özü də korrupsiya araşdırmalarının mərkəzinə düşdü. Bundan sonra Dutertenin müttəfiqləri Markosu tənqid etməyə başladılar.

Nəticədə Markos mövqeyini dəyişdi və 2025-ci ilin martında sabiq prezident Honkonqdan evə qayıdarkən BCM-nin Duterteni Manila hava limanında həbs etməsinə icazə verdi. Hələ bu yaxınlara qədər toxunulmaz hesab edilən sabiq lider “Gulfstream” biznes-ceti ilə Haaqaya göndərildi.

Dutertəyə həbs orderinin nə qədər sürətlə təqdim olunması və ekstradisiya edilməsi siyasi qüvvələr nisbətinin nə dərəcədə dəyişdiyini əyani şəkildə göstərdi.

BCM üçün Duterte işi getdikcə daha çox qütbləşən geosiyasi şəraitdə işləmək qabiliyyətinin sınağı olacaq. Əvvəlcə hakimlər Dutertedən irəli sürülən ittihamların mahiyyətini başa düşüb-düşmədiyini və özünü təqsirli bilib-bilmədiyini soruşacaqlar. Daha sonra ittiham tərəfi və zərərçəkmişlərin nümayəndələri giriş nitqləri ilə çıxış edəcəklər. Müdafiə tərəfi də zəruri hesab edərsə, bəyanatla çıxış edə biləcək.

Giriş nitqlərindən sonra ittiham tərəfinin ilk şahidi təqdim olunacaq. Müdafiə tərəfi isə öz şahidlərini ittiham tərəfinin şahidlərinin çıxışları başa çatdıqdan sonra təqdim edəcək.

Məhkəmə prosesinin ictimai onlayn yayımı 30 dəqiqəlik gecikmə ilə aparılacaq.

Məhkəmə qərarı “ağlabatan müddətdə” çıxaracağını bildirir, lakin bunun nə vaxt baş verəcəyini dəqiqləşdirmir. Yekun qərarın çıxarılmasına qədər illər keçə bilər.

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Noyabr 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri