AFFA bu komandalara texniki məğlubiyyət verdi
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AFFA iki komandaya texniki məğlubiyyət verib.
Moderator.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Əvəzedicilər Liqasının XVI turunun “Sumqayıt-2” – “Neftçi-2” oyununun 76-cı dəqiqəsində “Sumqayıt-2” komandasının heyətində adı matçın protokolunda olmayan futbolçu Kənan Cavadlı meydana daxil olduğuna görə hesab saxlanılmaqla (0:3) Sumqayıt komandasına texniki məğlubiyyət verilib. Bununla yanaşı, klub 400 manat cərimələnib.
AFFA U-16 Liqasında keçirilən “Səbail” – "Turan Tovuz” matçında heyətdə adı protokolda qeyd edilməyən futbolçu yer aldığına görə Tovuz klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
Baxış sayı:117
Bu xəbər 12 Dekabr 2024 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















