Axios : Tramp Netanyahu ilə razılaşmadığı üçün İrana hücum planı təxirə düşür
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən dərhal sonra İrana qarşı hərbi əməliyyatları bərpa etmək niyyətində deyil.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin “Axios” nəşri məlumat yayıb.
Nəşrin mənbələrinə görə, oktyabrın 31-də Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub. Tərəflər ABŞ və İran arasında aparılan danışıqların gedişini, eləcə də hərbi əməliyyatların mümkün bərpasını müzakirə ediblər.
Bildirilir ki, Netanyahu Trampı Konqresə seçkilərdən dərhal sonra İrana zərbə endirməyə razı salmağa çalışır. Lakin ABŞ Prezidenti hələlik diplomatik danışıqlara üstünlük verir. Bu mövqe İsrailin baş nazirini narahat edir.
İsrail mənbəsi liderlər arasındakı söhbəti “gərgin”, amerikalı rəsmi isə “açıq və səmimi” kimi xarakterizə edib.
Tramp oktyabrın 31-də Tehranla danışıqların yaxşı getdiyini bildirsə də, İranın etibarlılığına şübhə ilə yanaşdığını gizlətməyib. O, gələn həftə hərbi əməliyyatların bərpa olunub-olunmayacağı barədə suala konkret cavab verməyib.
“Axios” daha əvvəl Respublikaçılar Partiyasının Konqres seçkilərində məğlubiyyətinin Trampı İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə sövq edə biləcəyini yazmışdı.
Məlumata görə, ABŞ administrasiyasında İrana mümkün hücumlarla bağlı fikir ayrılıqları mövcuddur. “MS NOW” telekanalı isə mənbələrinə istinadən Vaşinqtonun noyabrın 4-də İrana yenidən zərbələr endirə biləcəyini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 02 Noyabr 2026 01:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















