Icma.az
close
up
RU
AFFA da fikir ayrılığı Hakimlər Komitəsinin üzvləri ədalətsiz qərara imza atmırlar

AFFA da fikir ayrılığı Hakimlər Komitəsinin üzvləri ədalətsiz qərara imza atmırlar

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə kubokunun "Neftçi" - "Sabah" oyununda ciddi səhvə yol verən VAR hakimi Rauf Allahverdiyevlə bağlı məsələ qəlizə düşüb. AFFA-nın prezidenti Rövşən Nəcəf Rauf Allahverdiyevin ömürlük hakimlikdən uzaqlaşdırılmasını istəyib. 

Lakin rəhbərin şifahi fikirlərini rəsmiləşdirmək müşkül məsələyə çevrilib. Çünki bir hakimin peşəsindən ömürlük uzaqlaşdırılması üçün ciddi səbəb göstərilməlidir. Bu, ya danışılmış oyun, ya pul qoyuluşları və ya bu kimi məsələlərlə bağlı ola bilər. Oyunda baş verən hətta çox ciddi səhvə görə ömürlük cəza düşmür. 

Ona görə də, bu məsələdə AFFA daxilində ciddi fikir ayrılığı yaranıb. Hakimlər Komitəsinin üzvləri Rauf Allahverdiyevlə bağlı absurd qərara imza atmaq istəmirlər. Çünki onlar da başa düşürlər ki, Rövşən Nəcəfin ürəyi belə istəyir deyə, bir hakimin karyerasını məhv etmək doğru deyil. 

Hakimlər Komitəsinin üzvləri olan Babək Quliyev, Vüsal Əliyev və Anar Salmanov çox yaxşı bilirlər ki, ömürlük uzaqlaşdırılma üçün AFFA rəhbərliyinin əlində hansısa dəlil, fakt yoxdur. Komitənin rəhbəri Frank de Bleker hələ ölkəmizə gəlməyib. AFFA rəhbərliyi ümid edir ki, belçikalı mütəxəssis gəlib onların istədiyi qərarı rəsmiləşdirərək zəruri hüquqi prosedurları yekunlaşdıracaq. 

De Bleker əcnəbidir. Onu nə Azərbaycan futbolu, nə də azərbaycanlı hakimlər düşündürür. Vəzifəsində qalmaq üçün böyük ehtimalla istənilən sənədə imza atacaq. Hərçənd, o da yaxşı bilir ki, Rauf Allahverdiyevə ömürlük cəza düşmür. 

Əsas ümid, gözlənti Hakimlər Komitəsinin üzvlərinədir. Komitədə üzv olan Babək Quliyev də illər əvvəl haqsız yerə hakimlikdən uzaqlaşdırılmışdı. Rövnəq Abdullayevin ürəyi elə istəyirdi deyə, Babək müəllimin karyerası məhv olmuşdu. İndi də Rauf Allahverdiyev oxşar aqibətlə üzləşib. Heç bir ciddi fakt olmadan onu futboldan "silmək" istəyirlər. 

Həmid 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://sportal.az
archiveBu xəbər 16 İyul 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri