AFFA da yeni təyinat: Əli Verdiyev departament direktoru oldu KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) yeni kadr təyinatı olub.
AFFA-nın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Əli Verdiyev Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru vəzifəsinə gətirilib.
Qeyd edək ki, Əli Verdiyev bu təyinatadək həm özəl sektorda, həm də beynəlxalq təşkilatlarda müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.
KONKRET.az xəbər verir ki, onun iş təcrübəsinə “Philip Morris International”, “NEQSOL Holding” və “Japan Tobacco International” kimi şirkətlərdə reputasiyanın qorunması və böhran kommunikasiyasının idarə olunması daxildir. O, həmçinin “Uber Azerbaijan”da dövlət əlaqələri direktoru olub.
Əli Verdiyev Dünya Bankının Məşğulluğa Dəstək Layihəsində sosial mütəxəssis, Hesablama Palatasının Beynəlxalq Əlaqələr Departamentində direktor müavini kimi çalışıb. UNICEF strukturlarında isə tənzimləyici siyasət və beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərib.
O, 2000-ci ildə Azərbaycan Dillər Universitetində ingilis dili və tərcüməşünaslıq üzrə bakalavr təhsilini başa vurub. 2012-ci ildə Xəzər Universitetində beynəlxalq biznes ixtisası üzrə magistr dərəcəsi alıb.
Xatırladaq ki, AFFA-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmış Murad Axundov oktyabrın 1-də qurumdan ayrılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 11 Noyabr 2026 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















