Icma.az
close
up
RU
AFFA dan bir turda olanlara görə 37 min manatlıq cərimə

AFFA dan bir turda olanlara görə 37 min manatlıq cərimə

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Qafqazinfo” PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 16-cı turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub: 

“Kəpəz” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” 2500 manat cərimə edilib.

Eyni matçda “Kəpəz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə Gəncə təmsilçisi 7000 manat cərimə edilib.

“Karvan-Yevlax” – “Neftçi” oyununda “Karvan-Yevlax”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.

Həmin görüş bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Karvan-Yevlax” komandası 5000 manat cərimə edilib.

Sözügedən oyunun 90+8-ci dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Neftçi” 4000 manat cərimələnib.

Eyni matç bitdikdən sonra “Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın avtobusuna vurulmuş zərərin paytaxt klubu  tərəfindən qarşılanmasına qərar verilib.

“Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ”nin 4 nəfər sarı vərəqə aldığı üçün əyalət təmsilçisi 700 manat cərimə edilib.

Eyni görüşdə “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılayacaq. “Qəbələ” isə 10000 manat cərimə edilib.

Bu görüşdə “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə Ağdam klubu 5000 manat cərimələnib.

"Araz-Naxçıvan” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Araz-Naxçıvan” 2000 manat cərimə edilib.

“Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

Ümumilikdə, AFFA klubları 37 min 600 manatlıq cərimələyib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Dekabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see264

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see264

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see246

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see242

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see237

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see237

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see231

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see225

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see224

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see218

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see206

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see204

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see202

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see201

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see201

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see200

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see200

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see199

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see198

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri