AFFA II Liqa klublarını CƏRİMƏLƏYİB
Icma.az, Apasport portalına istinadən məlumat verir.
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul edilib:
II Liqa XI tur
15.11.2026-cı il tarixində II Liqada XI turun “Ağstafa Gəncləri”– “Difai” oyununda “Ağstafa Gəncləri” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Ağstafa Gəncləri” komandası 150 manat cərimə edilsin (maddə 84.1);
16.11.2026-cı il tarixində II Liqada XI turun “Zəngəzur”– “Hypers” oyununda “Hypers” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Hypers” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
16.11.2026-cı il tarixində II Liqada XI turun “Kür-Araz”– “Qaradağ Lökbatan” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığına görə “Kür-Araz” komandası 200 manat cərimə edilsin (maddə 57.2);
17.11.2026-cı il tarixində II Liqada XI turun “Dinamo”– “Şəmkir” oyunu “Dinamo” komandasının formasında problem olması səbəbindən gec başladığına görə “Dinamo” komandası 150 manat cərimə edilsin (maddə 83.5);
17.11.2026-cı il tarixində II Liqada XI turun “Dinamo”– “Şəmkir” oyununda “Şəmkir” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 43.1).
Millimiz FIFA reytinqində 3 pillə irəliləyib II Liqa: XII turun oyun cədvəli bəlli olub “Sabah”ın futbolçuları azarkeşlərlə görüşəcək Millimiz İraqla qarşılaşıb "Sumqayıt" rəsmisi Tbilisi "Dinamo"sunun düşərgəsində
Baxış sayı:129
Bu xəbər 19 Noyabr 2026 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















