AFFA klubları cərimələyib
Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 2500, "Neftçi"ni 2000 manat cərimələyib.
Reyting.az xəbər verir ki, buna Misli Premyer Liqasının XVII turunda yaşananlar səbəb olub.
Ağdam təmsilçisi "Kəpəz"lə qarşılaşmadan sonra meydana kənar şəxsin daxil olması ucbatında ziyana düşüb.
Bakı klubu isə "Zirə" ilə görüşdə oyun günü planı pozulduğu üçün cərimələnib.
Bundan əlavə, "İmişli" "Araz-Naxçıvan"la matçda 6 nəfər sarı vərəqə aldığı üçün 700 manat ödəməli olacaq. "Araz-Naxçıvan"ın dörd futbolçusu sözügedən oyunda sarı vərəqə aldığından klubu 700 manat ziyana salıblar.
"Sabah"da isə "Karvan-Yevlax"la qarşılaşmada beş nəfər eyni halla üzləşib, "bayquşlar"a 700 manat cərimə tətbiq olunub.
Baxış sayı:96
Bu xəbər 29 Yanvar 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















