AFFA Lənkəranda turnir keçirdi
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
UEFA-nın “HatTrick” proqramı çərçivəsində ölkəmizdə keçirilən “Məktəblərdə Futbol Dərsi” layihəsinin cənub regionu üzrə futzal turniri başa çatıb.
Futbolpress.az xəbər verir ki, turnirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan 10 təhsil müəssisəsi mübarizə aparıb. Lənkəran şəhəri Şiləvar kənd tam orta məktəbin idman zalında keçirilən yarışda ümumilikdə 100-dən çox şagird (qız və oğlan) iştirak edib. Turnirin final oyununda rəqibini üstələyən 7 saylı tam orta məktəbin kollektivi kuboku başı üzərinə qaldırıb. Turnirdə II və III yerləri müvafiq olaraq Kənarmeşə kənd tam orta məktəb və 5 saylı tam orta məktəbin kollektivləri tutub.
AFFA tərəfindən qalib komandaya kubok, medallar və hədiyyə toplar, II və III yeri tutan komandalara medallar, turnirdə iştirak edən bütün şagirdlərə isə diplomlar təqdim olunub. Turnirdə xüsusi fərqlənən oyunçulara müvafiq nominasiyalar üzrə mükafatlar təqdim edilib. Mükafatları komanda üzvlərinə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, mütəxəssislər Orxan Mikayıllı və Ziya Səfərov, eləcə də, Cənub Regional Futbol Federasiyasının prezidenti Sakin Məmmədzadə təqdim ediblər.
Baxış sayı:116
Bu xəbər 14 May 2026 20:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















