Icma.az
close
up
RU
AFFA Mahir Emrelinin vurduğu ziyana görə Estoniya Futbol Assosiasiyası ilə əlaqə saxlayacaq

AFFA Mahir Emrelinin vurduğu ziyana görə Estoniya Futbol Assosiasiyası ilə əlaqə saxlayacaq

AFFA Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Tallin şəhərindəki "A.Le Koq Arena”ya vurduğu ziyana görə Estoniya Futbol Assosiasiyası ilə əlaqə saxlayacaq.

"Report"un məlumatına görə, UEFA oktyabrın 11-də səfərdə Estoniya yığması ilə Millətlər Liqasının matçındakı hərəkətinə görə 27 yaşlı hücumçuya töhmət verib.

Forvard "ləyaqətli davranış qaydalarını pozmaqda" ittiham edilib.

Mahir Emreli qarşılaşma başa çatandan sonra paltardəyişmə otağına yollanan zaman tunelin üst hissəsindəki dəmir tavana əli ilə zərbə endirib.

Qeyd edək ki, görüş Azərbaycan millisinin məğlubiyyəti ilə başa çatmışdı - 1:3.

Bizim WhatsApp kanalımıza abunə olun

seeBaxış sayı:20
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri