Icma.az
close
up
RU
AFFA nın ögey övladları Palan döyəcləməyə davam

AFFA nın ögey övladları Palan döyəcləməyə davam

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Azərbaycan futbolunda fiasko davam edir. Hətta hər ötən gün daha da betər hal alır. 

Söhbət təbii ki, hakimlikdən gedir. Səviyyə biabırçı sözünün kifayət etmədiyi dərəcəyə düşüb. Yanlış qərar verənlər, qərar verməkdən qorxanlar, aşkar epizodlarda belə VAR-ın müdaxiləsinə ehtiyac duyanlar və VAR-ın müdaxiləsi ilə də səhv edənlər... 

Bu mövzu barədə yüzlərlə yazılar yazılıb, dəfələrlə efirlərdə müzakirələr gedib. Amma düzələn heç nə olmayıb. 

Mən isə mövzuya fərqli cəhətdən yanaşacam. Öncəliklə, bildiyiniz kimi, yalnız Premyer Liqa və ölkə kubokunun oyunlarını yox, həm də I Liqa ilə II Liqa matçlarını da yerindən izləyirəm. Bütün görüşlərin statistik məlumatlarını qeyd edirəm, məsələn, bu qarşılaşmada 5 küncdən zərbə, 8 ofsayd, 12 qapıya zərbə olub və s. 

Ötən mövsümdən bu barədə ciddi əziyyət çəkirəm. Top aşkar şəkildə qapı xəttini müdafiə olunan komandadan tərk edir, amma hakim qapıdan zərbə təyin edir. Bu halla son 1 ildə azı 15 dəfə qarşılaşmışam. Əgər mən bunu media tribunadan, epizodun baş verdiyi nöqtədən azı 100 metr uzaqdan rahat görürəmsə, 4 nəfərlik hakimlər briqadası necə bu qədər səhv edə bilir? 

Üstəlik, yan xət hakimlərinin əksəriyyəti son zamanlarda demək olar ki, heç bir iş görmür. Top meydanı tərk edəndə laynsmanlar baş hakimin qərarını gözləyirlər. Yalnız onun qərarından sonra bayraqlarını sağa və ya sola qaldırırlar. Hətta epizodların bir çoxunda top oyuna daxil ediləndən sonra bayraq havaya qalxır. Bu, sizə adi gələ bilər. Amma ciddi problemdir. Çünki oyunu izləyən hər kəs qərarı açıq şəkildə görməlidir. Lakin bunu yalnız top meydana qayıdanda görə bilirik. 

Dəfələrlə yan xətt hakiminin qərarını referiyə görə dəyişdiyinin də şahidi olmuşam. Top qapı xəttini tərk edir, epizoda 5-10 metr yaxınlıqda olan laynsman bayrağı ilə küncdən zərbəyə işarə edir. Amma referi onun qərarını bəyənmir, xoşlamır və ya ondan dəfələrlə uzaq məsafədən daha yaxşı görür və qapıdan zərbə təyin edir. Uzatmağa ehtiyac da yoxdur, açın oyunların icmallarına baxın. Özünüz hər 5 oyunda azı 7-8 belə epizod görəcəksiz. 

Bunlar hələ xırda məsələlərdir. I Liqada baş məşqçinin hakimin qərarından sonra sakit tonda “niyə penalti vermədiz?” sualını ünvanladığı üçün qırmızı vərəqə ilə cəzalandırıldığını da görmüşəm. Yan xətt hakiminin hücum zamanı epizodu GÖRMƏDƏN qərar verdiyini də. 

Düzünü demək lazımdır, Əliyar Ağayev və briqadasının idarə etdiyi oyunlarda rahat şəkildə futboldan zövq ala bilirəm. Onların iştirak etdiyi matçlarda hər xırda qayda pozuntusuna vərəqə verilmir, mübahisəli epizodlar minimum səviyyədə olur. Təbii ki, onlar da insandırlar və onların da yanlış qərarları yaşana bilir. Amma ciddi və matçın axarına kəskin təsir edəcək yanlışlıqları kifayət qədər azdır. 

“Turan Tovuz”un başına açılan oyunlar, “Zirə”nin aylarca hakimlərdən çəkdiyi çilələr barədə dəfələrlə danışmışıq. İndi sıra gəlib son həftələrin oyunlarına. 

“Neftçi”nin futbolçusu Bassalu Sambuya qırmızı vərəqə verildi. Dəxlisiz bir epizodda. Amma niyəsə ötən gün keçirilən “Araz-Naxçıvan” – “Qarabağ” oyununda fitlər susdu, VAR yoxa çıxdı, orta intensivliklə şiplərlə irəli nağılı (bax) birbaşa adam boğmağa, üzə zərbə endirməyə qədər irəlilədi. Mikroskopla incələyib Sambuya qırmızı verən VAR “Qarabağ”ın futbolçularını görəndə ortadan itdi. Qəti şəkildə Felipe Santosu dəstəkləmirəm. Elə qırmızı vərəqəni də almalıydı, haqqı idi. Amma 10-15 nəfər dava edir, yumruqlar havada uçursa, bir futbolçunu günahkar çıxarmaq doğru deyildi. 

Epizodu dəfələrlə izləmişəm. Benzianın etdiyi hərəkət nədir? Buna təxribat deyilir. Hələ Santosa şapalaq vuran Veşoviçi demirəm. Elə bil belə də olmalıymış kimi, braziliyalını şapalaqla vurur və itələyir. Çox keçmədən Elvin Cəfərquliyev Santosun boğazından tutub onu boğur. Musa Qurbanlı isə rəqibinə yumruq vurmaq üçün göstərdiyi səyi azca oyununda göstərsəydi, ən azından “Qarabağ” Avropa Liqasında 36 komanda arasından 36-cı olmazdı. Santosa qırmızı verildi, amma ağdamlıların 4 futbolçusu sonadək meydanda qaldı. 

“Qarabağ”ın avrokubok oyunlarına baxın, hər dəfə qırmızı vərəqə alırlar. Çünki yerli çempionatda hakimlər o qədər güzəştə gediblər ki, futbolçular istər-istəməz buna uyğunlaşıb. Avropada oynayanda da eyni tempdə çıxış edirlər və 2 oyundan bir qırmızı vərəqə ilə cəzalandırılırlar. 

Ağdamlıların bu tip şeylərə ehtiyacı yoxdur. Komandanın azarkeşlərindən, klubdan, Qurban Qurbanovdan soruşsaz, hər kəs belə hallara qarşıdır. Onların heç biri çirkin planın parçası olmaq istəmirlər.

Onsuz da “Qarabağ” istədiyi halda hər komandaya azı 5 top vuracaq gücdədir. Daha hakimlər niyə belə edir? Adamı futboldan iyrəndirirlər. Əziz Kamal Umudlu, qırmızı verməyə qorxursansa, niyə hakim olmusan? 

Ümumiyyətlə, De Bleker bu epizod barədə nə deyəcək? “Aranın sakitləşməsi üçün kimsə qovulmalı idi. O da “Araz-Naxçıvan”ın futbolçusu oldu”? Niyə təsadüf nəticəsində hər dəfə “Araz-Naxçıvan”, “Neftçi”, “Turan Tovuz”dan kimsə qovulur? 

Hakimlik bəşəriyyət tarixinin yaranmasından günümüzədək gələn ən qədim peşələrdəndi. Həmçinin vacibliyi ilə çox məsuliyyətli işdi. Cəsarətsiz insanlar bu işi görməməlidi. 

Əgər görəcəksə, hər keçən gün futboldan soyuyacağıq. Necə ki, “Xəzər Lənkəran”ı “Rəvan”la oyunda “qətl etdilər”, Fariz Yusifov “Neftçi”ni “Azərsun Arena”da “basdırdı” ya da “Qəbələ”nin çempionluğuna imkan verilmədi... Özünüzə gəlin bəylər, belə idarəçilik olmaz.

“Qızlar Futzal Kuboku” keçiriləcək Azərbaycan millisi Yunanıstana qarşı Samir Abasov: “Kameranı söndürün, qadınlar çıxsın, mən danışım” Kurban Berdiyev: “Paltardəyişmə otağında uşaqlarla danışdım ki…” “Neftçi” "Turan Tovuz”la bacarmadı - YENİLƏNİB
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://apasport.az
archiveBu xəbər 11 Mart 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri