Icma.az
close
up
RU
AFFA nın təşkilatçılığı ilə keçirilən turnirə yekun vuruldu

AFFA nın təşkilatçılığı ilə keçirilən turnirə yekun vuruldu

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

AFFA-nın təşkilatçılığı, UEFA ilə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblərdə Futbol Dərsi” layihəsinin 2025/2026-cı illər mövsümü üzrə keçirilən minifutbol turnirinə yekun vurulub.

Sportal.az xəbər verir ki, turnirdə Bakı və Sumqayıtı təmsil edən ümumilikdə 20 məktəbin komandası mübarizə aparıb.

III yer uğrunda keçirilən oyunda Sumqayıtı təmsil edən 11 nömrəli məktəbin komandası 307 nömrəli məktəbin komandasına qalib gələrək turnirin bürünc mükafatçısı olub.

Final görüşündə isə 299 nömrəli məktəbin komandası ilə Elitar Gimnaziyanın komandası üz-üzə gəlib. Əsas vaxtda qalib müəyyənləşmədiyindən, oyunun taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Daha dəqiq oynayan 299 nömrəli məktəbin komandası rəqibini üstələyərək turnirin qalibi adına yiyələnib. Elitar Gimnaziyanın komandası isə ikinci yeri tutub.

Mükafatlandırma mərasimində qalib komanda AFFA tərəfindən kubokla təltif olunub, ilk üç yeri tutan kollektivlərə isə müvafiq medallar təqdim edilib.

Bununla yanaşı, yarış boyu fərqlənən iştirakçılar müxtəlif fərdi nominasiyalar üzrə mükafatlandırılıblar. Elitar Gimnaziyanın üzvü İnci Hüseynli final oyununun ən yaxşı oyunçusu seçilib. 299 nömrəli məktəbin komandasında çıxış edən Süleyman Vəliyev turnirin ən yaxşı qapıçısı nominasiyası üzrə mükafata layiq görülüb. 11 nömrəli məktəbin oyunçusu Nihat Eminli isə turnirin ən yaxşı futbolçusu seçilib.

Mükafatları və qalib komandaya kuboku AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim edib. O, iştirakçıları uğurlu çıxış münasibətilə təbrik edərək məktəblilər arasında futbolun inkişafına xidmət edən bu cür yarışların əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, “Məktəblərdə Futbol Dərsi” layihəsi məktəblilər arasında futbolun kütləviliyinin artırılması, sağlam həyat tərzinin təşviqi, həmçinin uşaqlarda komanda işi, məsuliyyət və qarşılıqlı hörmət kimi dəyərlərin formalaşdırılması məqsədilə həyata keçirilir.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sportal.az
archiveBu xəbər 09 İyun 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri