AFFA niyə Avropa çempionlarını təbrik etmədi?
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Azərbaycan minifutbol milli komandasının Avropa çempionu olması ölkənin idman camiəsini sevindirdi.
“Qafqazinfo” xəbər verir ki, Slovakiyada keçirilən turnirin finalında Ukraynanı 2:0 hesabı ilə məğlub edən komandamız bu titula ikinci dəfə yiyələndi.
Komandamız tarix yazaraq kuboku növbəti dəfə ölkəmizə gətidi. Onların bu uğuru dövlət səviyyəsində də qeyd olundu.
İstər Misli Premyer Liqasında mübarizə aparan klublar, istərsə də, idman federasiyaları komandamızı təbrik etdi, müxtəlif paylaşımlar edildi. Amma AFFA Azərbaycan minifutbol komandasını təbrik etmədi.
Qurumun nə saytında, nə də sosial şəbəkə hesablarında bununla bağlı heç bir paylaşıma rast gəlmədik. Əslində elə komandamızı təbrik edən ilk qurumlardan biri AFFA olmalı idi. Dünya və Avropa çempionu olan millimizə dəstək də göstərilməli idi. Lakin AFFA heç bir paylaşım etməyərək diqqətləri üzərinə çəkdi.
Baxış sayı:77
Bu xəbər 06 İyun 2026 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















