AFFA rəsmiləri İsveçə gedib
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
AFFA-nın Yarışların Təşkili Departamentinin azarkeşlərlə iş üzrə koordinatoru Yusif Abdullayev İsveçin Malmö şəhərində keçirilən Avropa Futbol Azarkeşləri Konqresi-2025 (EFFC) tədbirində iştirak edib.
Futbolpress.az xəbər verir ki, tədbirə müxtəlif ölkələrindən olan azarkeş, federasiya və klub nümayəndələri, eləcə də, digər maraqlı tərəflər qatılıblar. Azarkeş mədəniyyətinin gələcəyi, inklüzivlik, təhlükəsizlik və azarkeşlərin qərarvermədə rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan nümayəndə heyətinin tərkibində fiziki qüsurlu futbol azarkeşi Babək Ağalarov da yer alıb. O, əlil azarkeşlər üçün stadionların əlçatanlığı, inklüziv infrastruktur və hüquqlarla bağlı keçirilən sessiyalarda fəal iştirak edərək, təcrübəsini bölüşüb.
Baxış sayı:40
Bu xəbər 25 Avqust 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















