Icma.az
close
up
RU
AFFA rəsmisi: “Qarabağ” göstərdi ki, Azərbaycan millisində də... AÇIQLAMA

AFFA rəsmisi: “Qarabağ” göstərdi ki, Azərbaycan millisində də... AÇIQLAMA

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

“Bu oyunda “Qarabağ” hər kəsə mesaj göndərdi. Avropada "Qarabağ" adının olduğunu bir daha sübut etdi. Azərbaycanda futbolla məşğul olan var və buna inamınızı heç vaxt itirməyin”.

Sportal.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Mütəxəssis “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsinin I turunda Portuqaliya təmsilçisi “Benfika”nı 3:2 hesabı ilə məğlub etməsini tarixi zəfər adlandırıb:

“Dünən hamımız çox pozitiv bir oyunun şahidi olduq. İndi nə desək, azdır. “Köhlən atlar” inamlı çıxışı ilə bizə futbol bayramı bəxş etdi. Portuqaliya kimi futbol ölkəsində güclü bir rəqibə qarşı müsbət nəticə qazanmaq, xüsusilə 0:2 hesabı ilə geri düşdükdən sonra iradə göstərərək sona qədər mübarizə aparmaq böyük uğurdur. “Qarabağ” məzmunlu oyunu ilə bizə əsl bayram yaşatdı. Bu qələbə bizi ruhlandırır”.

Sadıqov bildirib ki, bu uğur uzun illərin zəhmətinin bəhrəsidir: “Bu nəticə birdən-birə qazanılmayıb. Görülən iş öz bəhrəsini verir. “Qarabağ” yalnız tabloda yazılan nəticə ilə yox, həm də gözəl oyun üslubu ilə sevindirir. Bu, zəhmətin və komanda ruhunun nəticəsidir. “Qarabağ” bizim üçün qürurdur, nümunədir. Onun hər bir uğuruna sevinirik və ümid edirik ki, daha böyük nailiyyətlərin şahidi olacağıq”.

AFFA rəsmisi Azərbaycan futbolunun inkişafı üçün inamın önəmli rol oynadığını vurğulayıb: “İnam çox böyük amildir. Komandalara, məşqçilərə və futbolçulara inanmalıyıq. “Qarabağ” bu mənada nümunədir. "Köhlən atlar" göstərdi ki, Azərbaycan millisində və klublarında inam olarsa, əlindən gələni etmək mümkündür”.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. Bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sportal.az
archiveBu xəbər 18 Sentyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see587

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see418

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see298

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see276

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see270

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see265

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see254

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see254

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see252

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see234

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see226

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see199

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see199

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see194

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see183

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see183

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see179

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see171

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri