Icma.az
close
up
RU
AFFA üçün xoş sözlər

AFFA üçün xoş sözlər

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

“Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbolçu Bəxtiyar Musayev AFFA-nın Texniki departamentin Skautlar şöbəsinə rəis təyin olunub” – dünənin gündəmi bu xəbər idi. Uzun vaxtdan sonra AFFA haqda pozitiv fikirlər yazılmağa başladı.

İdman mediası doğru addıma, idmanı düşünən təşəbbüsə həmişə müsbət yanaşıb, təqdir edib. İnanırıq ki, AFFA-nın qulağını ən alçaq desibeldə “mazol” edənlər və bu alçaq desibelləri vacib, mühüm hesab edənlər əyani şəkildə gördü – doğruya doğru, yanlışa layiqincə…

Musayevin assosiasiyaya dəvət edilməsi və skautlara rəhbər vəzifəsinə qoyulması ciddi addımdır. O, “Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə yüksəldiyi vaxt “ağ-qaralar”ın məşqçilər korpusunda yer almışdı; seleksiyaya məsul idi. Həmin dövrün “Neftçi”sini xatırlayanlar bilər…

Musayevlə birgə klubun vitse-prezidenti Tahir Süleymanov da Braziliyaya səfər etmişdi və həmin ərəfələr “Neftçi” bununla yeni yanaşma tətbiq etmişdi.

Musayev uğurlu seleksiyaçı, futbol adamı kimi AFFA-ya dəvət edildi, xatırladaq ki, Tahir bəylə bağlı da İcraiyyə Komitəsinin qərarı var. Amma hələ real nəticə haqda xəbər yoxdur…

Bildiyimizə görə, Musayevin assosiasiyaya dəvəti yeni baş katib Cahangir Hacıyevin təşəbbüsüdür. Belədirsə, onda onun təyinatından keçən 5 ay ərzində atdığı ən ciddi addım saymaq olar.

AFFA-nın ləng, qapalı, xaotik, əksərən isə həvəskar addımları qurumu intensiv tənqid hədəfinə çevirmişdi. Niyəsə mətbuatda təqsirkar axtarışına çıxan Fərəcullayev indi yəqin biləcək ki, mətbuatın kiminləsə ədavəti yoxdur – doğru iş təqdir olunur… Futbolu bilənlər və real nəticə qazanmış adlar “səhnəyə gətirilməlidir”. Çarə bundadır.

11 apreldə AFFA-nın Hesabat Konfransında çıxışıyla assosiasiyanın əsas fiquru kimi önə çıxan, qabaran baş katib iddialı və cazibəli vədləri ilə də yadda qalmışdı. Lakin real addımlar olmadığından və futboldan deyil, əhəmiyyətsiz, ziyanlı istiqamətlərdən addımlar atdığına görə toksik mühit yaratmışdı.

Ümid edək ki, bundan sonra elə “…mışdı” kimi də qalar və daha neqativlər deyil, pozitivlər müzakirə olunar.

Bunun üçün isə addımlar təqdirəlayiq olmalıdır.

Elçin Cəlilov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 İyul 2025 08:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see391

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see366

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see341

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see261

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see256

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see246

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see236

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see193

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see187

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see169

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see166

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see162

Böyük Qayıdış: verilən vəd və görülən işlər

20 Avqust 2026 13:23see161

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see161

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see160

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see157

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see155

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see155

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see150

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri