Icma.az
close
up
RU
AFFAratımız da “error” verir

AFFAratımız da “error” verir

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Millətlər Liqasının D divizionuna düşməklə Azərbaycan milli komandasının ən dibə vurduğunu gördük. DÇ-2026-nın seçmə mərhələsinə hazırlıq çərçivəsində Haiti və Belarusla doğma meydanda keçirilən yoxlama oyunlarında da uduzduq – 0:3, 0:2. 

180 dəqiqəyə özünə bab rəqiblərə belə qol vurmağı bacarmayan milli 5 qol buraxdı. Statistikanın utandırmasından əlavə, sərgilənən oyun da məzmunsuz, sistemsiz, bir sözlə, çox pis. 

Hiss olunur ki, futbolçular həm oyunda, həm oyundan kənar özbaşınadır. Bu, futbolyönlü idarəetmənin, yaxud idarəetmənin futbol yönündə ciddi böhranın yaşandığını büruzə verir. 

Ən pisi də odur ki, AFFA-nın bu toksik silsiləni sonlandıracaq kadr potensialı, ideyası yoxdur. 

Belarus məğlubiyyətindən sonra Fernandu Santuş dedi ki, indiyədək bu qədər məğlub olmamışdım. Diqqətçəkən ifadəsi bu oldu ki, işlədiyi yığmalarda ikidən artıq ardıcıl məğlubiyyət olmayıb. 

Portuqaliyalı titullu mütəxəssis bununla aşkar dedi ki, sizin ölkənizə pul gözüylə baxıb gəlmişəm, qarşınızda dərin məsuliyyətim yoxdur. Nəyiniz var ki, məndən də icad gözləyirsiniz..

Santuş özü üçün tam haqlıdır. Hətta özünə bəraət qazandırmağı da peşəkar və subyektiv baxımdan məntiqəuyğundur. Heç bir ciddi uğuru olmayan bir yığmanı çalışdırmaq dəvəti alan tanınmış məşqçi müqavilə imzalanarkən qaydaları özü diqtə edir. Ona görə də, tam doğru deyir, qısamüddətli təklif olsaydı, niyə gəlirdi ki?

Qısası, Santuşu istəməyənlər və olanlarda baş günahkar onu sayanlar bilməlidir, AFFA yalnız ciddi maddi təzminat verib onunla müqaviləni poza bilər. 

İndi sual yaranır. Santuşu milli komandanın baş məşqçisi olmağa qərar verən AFFA hansı məsuliyyəti daşıyır?

Bu mütəxəssisin təyinatı gözlənilməz olmuşdu. Əksəriyyət əldə olan potensiala görə bahalı əcnəbi mütəxəssisin qəbul olunmaz variant olacağını car çəkdiyi bir vəziyyətdə AFFA niyə Santuşu gətirdi? Bu adamın təyinatında niyə cənfəşanlıq edildi? İctimai fikri, mətbuatı heçə sayaraq atılan bu addımın acı nəticələrinin şahidi oluruq. 

İndi deyin görək, bu durumun baiskarı Santuşdur, yoxsa AFFA?

Elə isə Santuş niyə “kötəklənir”?

Elçin Cəlilov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 26 Mart 2025 08:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1181

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see427

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see353

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see352

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see351

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see343

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see305

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see281

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see251

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see224

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see206

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see206

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see202

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see199

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see197

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see192

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see187

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see177

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see170

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri