Icma.az
close
up
RU
Afrikanın daha bir ölkəsi Fransa ilə hərbi əməkdaşlıqdan imtina edib AZƏRTAC

Afrikanın daha bir ölkəsi Fransa ilə hərbi əməkdaşlıqdan imtina edib AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 30 noyabr, AZƏRTAC

Fransa Xarici İşlər Nazirliyi bildirib ki, Çadın iki ölkə arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair Paris ilə razılaşmanı dayandırmaq qərarını müzakirə edir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, hazırda təxminən 1000 fransız əsgərinin yerləşdiyi Çad cümə günü, noyabrın 29-da Fransa ilə hərbi əməkdaşlıq üzrə Sazişi ləğv etdiyini bəyan edib.

Çad Xarici İşlər Nazirliyi bu qərarın ölkənin strateji tərəfdaşlarını yenidən müəyyən etmək istəyi ilə bağlı olduğunu bildirib. Afrika ölkəsinin xarici siyasət idarəsinin bəyanatında deyilir: “Çad Respublikası hökuməti Fransa Respublikası ilə imzalanmış müdafiə sahəsində əməkdaşlıq Sazişini ləğv etmək qərarına dair öz xalqını və beynəlxalq ictimaiyyəti məlumatlandırır”.

Çadın xarici işlər naziri Abderaman Kulamallah tərəfindən imzalanan bəyanatda deyilir ki, 60 illik müstəqillikdən sonra ölkənin tam suverenliyini təsdiqləməsi və milli prioritetlərə uyğun olaraq strateji tərəfdaşlıqlarını yenidən müəyyənləşdirməsinin vaxtı çatıb. O əlavə edib ki, 2019-cu ilin sentyabrında yenidən hazırlanmış Sazişə xitam verilməsi heç bir halda iki xalq arasında tarixi münasibətlərin və dostluq bağlarının pisləşməsinə işarə etmir. “Çad hər iki xalqın rifahı naminə Fransa ilə ümumi maraq doğuran digər sahələrdə konstruktiv əlaqələri davam etdirmək əzmində qalır”, -deyə nazir vurğulayıb.

Bu qərar Fransanın Avropa və xarici İşlər naziri Jan-Noel Barrotun Qərbi Afrika ölkəsinə səfəri zamanı açıqlanıb. Noyabrın 27-də Çada səfər edən fransız nazir bu ölkənin Prezidenti Mahamat İdris Debi ilə danışıqlar aparıb.

Çad keçmiş müstəmləkə sahibləri ilə təhlükəsizlik və müdafiə tərəfdaşlığına son qoymaq üçün Niger və Mali də daxil olmaqla Sahil regionunun digər ölkələrinə qoşulur. 2023-cü ilin avqustunda seçilmiş Prezident Mohamat Bazumun devrilməsindən sonra Nigerin hərbi rəhbərləri müdafiə sahəsində əməkdaşlıq üzrə Rusiyada danışıqlar kontekstində Fransa ilə hərbi müqavilələri ləğv etdiklərini elan ediblər. Bu, 2022-ci ildə Malinin Paris ilə müdafiə Sazişindən çıxmaqla bağlı eyni qərarı elan etməsindən sonra baş verib.

Bu arada, Seneqal Prezidenti Bassirou Diomaye Faye Fransa mətbuatına bildirib ki, o, fransız hərbçilərin ölkəsində mövcudluğuna son qoymağa çalışır. Hazırda Qərbi Afrikanın bu ölkəsində 350 fransız əsgəri var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Noyabr 2024 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri