Orta ömür uzunluğu reytinqi Azərbaycanın siyahıda YERİ
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Kanadanın “Visual Capitalist” analitik platforması BMT və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatları əsasında 237 ölkəni əhatə edən reytinq hazırlayıb.
Modern.az xəbər verir ki, araşdırmaya görə, 2026-cı ildə dünyada orta ömür uzunluğu 73,8 il təşkil edib. Ən yüksək göstərici Monakoda qeydə alınıb – 86,7 il. Sonrakı yerlərdə San-Marino (86 il) və Honkonq (85,9 il) qərarlaşıb.
İlk onluğa Yaponiya, Cənubi Koreya, İsveçrə və Avstraliya da daxil olub.
Müstəqil Dövlətlər Birliyi ölkələrində vəziyyət
MDB ölkələri arasında Azərbaycan 74,9 il göstərici ilə ilk yerlərdədir. Ölkəmiz siyahıda yalnız Belarusdan geri qalır.
Digər ölkələrin göstəriciləri belədir:
Qazaxıstan - 74,8 il
Rusiya – 73,7 il;
Özbəkistan – 72,8 il;
Tacikistan – 72,2 il;
Qırğızıstan – 72,1 il;
Türkmənistan – 70,2 il.
Ömür uzunluğunun ən aşağı olduğu ölkələr
Reytinqdə ən aşağı göstərici Nigeriyada qeydə alınıb – 55 il.
Ömür uzunluğunun aşağı olduğu digər ölkələr arasında Çad (55,6 il), Cənubi Sudan (58 il), Mərkəzi Afrika Respublikası (58,2 il), Lesoto (58,6 il) və Somali (59,3 il) yer alıb.
Ekspertlərin fikrincə, ömür uzunluğuna genetika, həyat tərzi, qidalanma, tibbi xidmətlərin əlçatanlığı, təhsil, ekologiya və təhlükəsizlik kimi amillər təsir göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 24 Noyabr 2026 00:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















