Icma.az
close
up
RU
Aftandil Hacıyev: “Qarabağ”ın U 19 komandası ilə rəqibləri arasında səviyyə fərqi var”

Aftandil Hacıyev: “Qarabağ”ın U 19 komandası ilə rəqibləri arasında səviyyə fərqi var”

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qarabağ”ın U-19 komandası ilə UEFA Gənclər Liqasındakı rəqibləri arasında səviyyə fərqi var".

Bu barədə “Report”a Ağdam təmsilçisinin akademiyasının koordinatoru Aftandil Hacıyev açıqlama verib.

O, komandanın ötən gün Danimarkanın müvafiq yaş qrupundan ibarət “Kopenhagen” kollektivinə 0:5 hesabı ilə uduzduğu matçla bağlı fikirlərini bölüşüb: “Bu məsələyə hazırda birmənalı yanaşmaq çətindir. Qlobal baxmaq lazımdır. Bu yaş qrupunda, heyət baxımından çatışmazlıqlar var. Daha əvvəl yaxşı futbolçular akademiyadan başqa komandalara üz tutublar. Nəticənin yaxşı olmamasında bir səbəb budur. Amma ən vacib məqam qarşılaşdığımız klublardır. Onların hamısının akademiyası uzun illərdir ki, sistemlə çalışır, heyətlərini əcnəbi oyunçularla da formalaşdıra bilirlər. Hətta bunu biznes layihəsinə çevirirlər. Hər biri ilə üz-üzə gələndə bunu oyun baxımından da hiss edirik. Futbolçuların fərdi keyfiyyətləri baxımından kifayət qədər böyük fərq var. Amma bütün hallarda istəməzdik böyükhesablı məğlubiyyətlə üzləşək”.

Hacıyev oyunçuların bacarıqlarını ortaya qoymağa çalışdıqlarını söyləyib: “Amma bu, kifayət etmir. Səviyyə fərqi sözünü deyir. Dünyadakı ən yaxşı futbol akademiyaları ilə üz-üzə gəlirik. “Benfika” və “Kopenhagen”i də buna nümunə göstərmək olar. Qarşıda bizi “Atletik”, “Çelsi”, “Ayaks”, “Napoli” kimi güclü klublar gözləyir. Hamısı yüksək səviyyəli oyunçular yetişdirirlər. Bizim bu gün onlarla müqayisə aparmağımız doğru olmaz. İki il ərzində ölkə çapında milli komanda üçün futbolçular vermişik. Aşağı yaş qruplarından ibarət yığmalarımızda xeyli oyunçumuz var. MDB Oyunlarında finala yüksələn komandada yer alanlardan 11-i “Qarabağ”da çıxış edir. Amma beynəlxalq oyunlar üçün bu kifayət etmir. Sistematik fikirləşmək lazımdır. Ölkədə uşaq futboluna yanaşma dəyişməlidir. Bu, illər, böyük zəhmət, sərmayə, infratruktur tələb edir. Bu gün futbolçulardan UEFA Gənclər Liqasında böyük nəticə gözləmirik. Amma bu, məşqçilərimiz üçün də böyük təcrübədir. Gələcəkdə faydasını görə bilərik”.

Qeyd edək ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv ötən gün Bakıda “Kopenhagen”ə 0:5 hesabı ilə uduzub. U-19 I turda səfərdə Portuqaliyanın “Benfika” komandasına isə 1:7 hesabı ilə məğlub olmuşdu.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Oktyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri