Icma.az
close
up
RU
Aftandil Hacıyev: “Səbail”in daxilində baş verən proseslərdən vəziyyət bu cür alındı” MÜSAHİBƏ

Aftandil Hacıyev: “Səbail”in daxilində baş verən proseslərdən vəziyyət bu cür alındı” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Futbol məşqçisi Aftandil Hacıyevin İdman.biz-ə müsahibəsi

- “Səbail”in Misli Premyer Liqasının başa çatmasına iki tur qalmış I Liqaya düşməsi rəsmiləşdi. Vaxtilə bu klubda çalışan, bürünc medal qazanan və avrokuboka çıxaran məşqçi kimi çox güman, bu xəbər sizi də üzdü.

- Əlbəttə. “Səbail”də yaxşı günlərimiz olub. Klubun inkişafı, adının qaldırılması istiqamətində mühüm işlər görən bir çox insanın adını çəkə bilərik. Təəssüf ki, artıq komandanın Premyer Liqanı tərk etməsinə şahid olduq. Neyləmək olar, futbolda belə hallar da yaşanır. Çox istərdim ki, komanda I liqada belə olsa fəaliyyətini davam etdirsin. Vaxtilə “Səbail”də çox yaxşı işlər görmüşdük. Davamını gətirmək istəsək də, təəssüf ki, alınmadı.

- Niyə alınmadı?

- Bu tək mənimlə bağlı olan məsələ deyildi. Klubun daxilində baş verən proseslər və ümumi iş prinsiplərinin dəyişməsindən dolayı vəziyyət bu cür alındı. Sabit fəaliyyətin davam etdirilməməsi kimi səbəblər klubun aşağı diviziona yuvarlanmasına gətirib çıxardı.

- Qeyri-sabitlikdən söz düşmüşkən, baş məşqçinin tez-tez dəyişməsini klubun uğursuz nəticələrinin əsas səbəbi kimi göstərmək olar?

- Deməzdim. Bu sadəcə səbəblərdən biridir, ancaq əsas deyil. Zənnimcə, klubun idarəçilik sistemində yanlışlıqlar oldu. Klub əldən-ələ keçdi. Bu da öz növbəsində nəticələrə təsir etdi. Bir məşqçi komandanı formalaşdırırdı, digəri davam etdirdi. Belə olan halda sabit oyun nümayiş etdirib uğurlu nəticələrə imza atmaq çətin məsələdir.

- Azərbaycan çempionatında “Şamaxı” və “Qəbələ”nin 1 illik fasilədən sonra yenidən Premyer Liqaya qayıtması təcrübəsi var. Sizcə, “Səbail” də bunu bacara bilər?

- Ümid edirəm ki, komanda təkrar toparlanıb gələn mövsüm yenidən Premyer Liqaya qayıdar. Bilirik ki, Bayıl qəsəbəsi Azərbaycan futboluna Maksim Medvedev, Rauf Əliyev kimi futbolçular verib. Akademiyadan gələcəkdə yaxşı futbolçular çıxa bilər. Çox istərdim ki, Akademiyaları fəaliyyətini davam etdirsin. Ümumiyyətlə, Bayıl futbolla yaşayan qəsəbədir. Ən çox buna görə üzülürəm. Bilirəm ki, azarkeşlər də hazırda məyusdur. Onlar klublarının böyük uğurlara imza atmasına ümidli idilər. Müəyyən dövr yaxşı nəticələrə də sevindik, Avropa həyəcanını da yaşadıq. Əfsuslar olsun ki, bunun davamını gətirmək alınmadı.

- Siz qalsaydınız, bu uğurların davamını gətirə bilərdiz? Ümumiyyətlə, necə düşünürsünüz, baş məşqçi postunda siz olsaydınız, “Səbail” aşağı dəstəyə düşərdi?

- Bu suala cavab vermək çətindir. Çünki tək mənim qalmağımla deyildi, klub fəaliyyətini vahid bir sistem üzrə davam etməliydi. Birlik olmayan yerdə hansısa uğurdan danışmaq olmaz. “Mən qalsaydım nə olardı” haqqında danışmaq da gecdir. Ümid edirəm, komanda həvəsdən düşməyib yenidən Premyer Liqaya qayıdar. “Səbail”ə uğurlar arzulayıram.

Aytac Sahəd
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 May 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see174

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see154

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see138

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri