Icma.az
close
up
RU
Ağ Ev İsrailyönümlü vasitəçi rolunda: ABŞ Qəzza zolağının yenidən qurulmasının tərəfdarıdır

Ağ Ev İsrailyönümlü vasitəçi rolunda: ABŞ Qəzza zolağının yenidən qurulmasının tərəfdarıdır

Icma.az, Sherg.az saytına istinadən bildirir.

İsrail-HƏMAS arasında 2023-cü il 7 oktyabr tarixində başlayan müharibə hələ də davam etməkdədir. Oktyabrın 7-si səhər saatlarında HƏMAS Qəzzadan İsrailə qarşı "Əl-Əqsa Tufanı əməliyyatı" adı ilə genişmiqyaslı hücuma başlayıb. Qəzza xalqı taleyindən xəbərsiz bir sabaha oyandı. Kimisinin "7 oktyabr" son sabahı olacaqdı.  İsrailin əks-hücum əməliyyatı ilə HƏMAS-a cavabı səngimədi. Bundan sonra kütləvi informasiya vasitələri müharibə kabusu altında yaşayan milyonlarla insanın faciəli həyatından yazmağa başladılar. Son statistikaya görə, Qəzzada ölənlərin sayı 64.800-ə çatıb. Dünyanın ən böyük qəbirstanlığına çevrilən Qəzzada əhalinin 97 %-i təmiz içməli suya möhtac qalıb. Aclıqdan ölən uşaqların sayı isə 141 nəfəri keçib. İsrail müdafiə naziri İsrael Kats son açıqlmasında ordunun bölgədə missiyasının tam yerinə yetirənə qədər geri çəkilməyəcəyini vurğulayıb. İsrailin "Ynet" portalının yaydığı məlumata görə, İsrail ordusu Qəzza şəhərinə 20 dəqiqə ərzində 37 zərbə endirib.

Zərbələr nəticəsində bir sutka ərzində 62 nəfər həlak olub. Siyasətçilərin açıqlamalarına görə, Qəzzada humanitar böhran getdikcə daha da dərinləşir.

Mediada söz güləşdirən siyasətçilər üçün zamanın əhəmiyyəti olmasa da, Qəzzada keçən hər bir an yüzlərlə insanın ölümündən xəbər verir.

Müharibənin davam etdiyi bir vaxtda, beynəlxalq siyasi danışıqlar da sürməkdədir. Ötən gün Qüdsdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ dövlət katibi Marko Rubio arasında görüş keçirilib. 

Danışıqlarda Qəzzadakı hərbi əməliyyatlar, humanitar böhran və HƏMAS tərəfindən saxlanılan israilli girovların taleyi müzakirə olunub.

HƏMAS isə son bəyanatında ABŞ və İsraili Qəzzadakı vəziyyəti qəsdən gərginləşdirməkdə ittiham edib.


Mövzu ilə bağlı danışan politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra elan edilən strategiyanın davamıdır:


"Rəsmi Təl-Əviv təhlükəsizliyinə təhdid yaradan bütün qüvvələri zərərsizləşdirənədək mübarizəni dayandırmayacağını bəyan edib. İsrailin mövqeyinə görə, HƏMAS liderləri xaricdə olsalar belə, onların sıradan çıxarılması əsas hədəflərdən biridir".


S.Soltan qeyd edib ki, hazırkı proses İsrailin iki il öncə açıqladığı strategiyanın davam etdiyini göstərir:

“Hadisələrin gedişatına baxanda görünür ki, İsrailə əməliyyatları yekunlaşdırmaq üçün müəyyən möhlət verilib. Bu, 6 ay və ya 1 il ola bilər, konkret vaxt demək çətindir. Lakin beynəlxalq ictimaiyyətin həm İsrailə, həm də ABŞ-yə sərt reaksiyaları şəraitində belə bir möhlətin verilməsi istisna deyil”.


Politoloqun fikrincə, bu prosesdə ABŞ-nin rolu xüsusi əhəmiyyət kəsb edir:

“Vaşinqton bir tərəfdən İsrailin təhlükəsizliyini təmin etmək və girovların azad olunmasına nail olmaq istəyir. Digər tərəfdən, ABŞ Qəzza zolağının yenidən qurulmasının tərəfdarıdır. Bu mənada Vaşinqton həm İsrailin maraqlarını qoruyur, həm də qarşı tərəfi danışıqlar masasına gətirmək üçün vasitəçi rolunda çıxış edir”.


Aybəniz Səfərova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Sentyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri