Icma.az
close
up
RU
Biznesdə yeni trend Çinarə Ağayeva freelance və gig iqtisadiyyatdan danışır: Daimi iş anlayışı dəyişir”

Biznesdə yeni trend Çinarə Ağayeva freelance və gig iqtisadiyyatdan danışır: Daimi iş anlayışı dəyişir”

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Son illər iş dünyasında köklü bir dəyişiklik baş verir. Əvvəllər insanların əsas hədəfi bir şirkətdə illərlə işləmək idisə, bu gün getdikcə daha çox insan freelance və layihə əsaslı iş modelinə üstünlük verir.

Şirkətlər isə böyük ştatlar saxlamaq əvəzinə, ehtiyac olduqca mütəxəssislərlə işləməyi daha sərfəli hesab edirlər. Bu yeni yanaşma “gig-iqtisadiyyatı” adlanır və artıq təkcə startapların yox, iri şirkətlərin də gündəminə çevrilib.

Mövzu ilə bağlı biznes məsləhətçisi və ekspert Çinarə Ağayeva ilə söhbət etdik.

- Gig-iqtisadiyyatı nədir və niyə bu qədər sürətlə yayılır?

- Gig-iqtisadiyyatı o deməkdir ki, insanlar daimi işçi kimi yox, konkret layihə və ya tapşırıq üçün çalışırlar. Yəni əməkdaşlıq iş bitənə qədər davam edir. Bu modelin populyarlaşmasının bir neçə əsas səbəbi var. Birincisi, çeviklikdir. Şirkətlər yalnız ehtiyac olduqda işçi cəlb edir və layihə ilə bağlı əlavə xərc yaranmır. İkincisi, düzgün bacarığa çıxışdır. Artıq şirkət bir mütəxəssisi tapmaq üçün aylarla axtarış aparmır. Lazım olan dizayneri, proqramçını və ya marketoloqu dünyanın istənilən yerindən tapa bilir. Üçüncüsü, işçilər üçün sərbəstlikdir. Freelancerlər harada, nə vaxt və kimlə işləyəcəklərinə özləri qərar verirlər. Məsələn, bir startap yalnız 2–3 aylıq veb-sayt layihəsi üçün dizayner axtarırsa, onu daimi işə götürməyə ehtiyac yoxdur. Freelancerlə işləyir, layihə bitir və əməkdaşlıq təbii şəkildə başa çatır. Nəticədə həm xərc azalır, həm də keyfiyyət qorunur.

- Bu model hər şirkət üçün uyğundurmu?

- Gig-iqtisadiyyatı hər sahə üçün uyğun deyil. Bu model əsasən kreativ və bilik əsaslı sahələrdə daha yaxşı işləyir. Ən uyğun sahələr rəqəmsal marketinq, dizayn və kontent istehsalı, proqramlaşdırma və informasiya texnologiyaları, biznes və strateji məsləhət xidmətləri ilə bağlıdır. Əksinə, istehsal, tibb, daimi fiziki iştirak və yüksək koordinasiya tələb edən sahələrdə uzunmüddətli əməkdaşlıq daha məqsədəuyğundur. Maraqlısı budur ki, yalnız kiçik bizneslər yox, IBM, Microsoft kimi nəhəng şirkətlər də artıq konkret layihələr üçün freelancer və konsultantlardan istifadə edir. Bu, onlara əlavə ştat yaratmadan peşəkar bacarıqlara çıxış imkanı verir.

- Gig-iqtisadiyyatının işçilər üçün üstünlükləri və çatışmazlıqları hansılardır?

- Bu modelin işçilər üçün böyük üstünlükləri var. Freelancer öz layihəsini seçir, vaxtını tənzimləyir, fərqli layihələrdə işləmək yeni bacarıq və təcrübə qazandırır, bacarıqlı freelancerlər layihələr üçün yüksək ödəniş əldə edə bilirlər. Çatışmazlıqlara gəlincə, bəli, bu məqamlar da var. Məsələn, sabit gəlirin olmaması. Layihələr arasında fasilələr maliyyə planlamasını çətinləşdirir. Sosial təminatın məhdudluğu var. Sağlamlıq sığortası, pensiya və bonuslar adətən olmur. Deyək ki, bir dizayner ay ərzində 3 müxtəlif startapla işləyir, gəliri yüksək ola bilər, amma sabit maaşı və sosial təminatı yoxdur.

-  Şirkətlər freelancer işçiləri ilə əməkdaşlığı necə effektiv idarə edə bilər?

- Ən vacib amil kommunikasiya və gözləntilərin açıq şəkildə müəyyənləşdirilməsididir. İşçi layihənin məqsədini, tapşırıqları və ödəniş şərtlərini aydın bilmək istəyir. Bu zaman layihə menecmenti alətlərindən istifadə etmək faydalıdır. Belə platformalar tapşırıqların izlənməsi və əməkdaşlığın koordinasiyası üçün çox faydalıdır. Bu, layihənin mərhələlərini izləməyi, keyfiyyət və müddətə riayət olunmasını təmin edir. Nümunə olaraq, bir startap veb-sayt layihəsi üçün üç freelancer cəlb edir. Onlar uzaqdan işləyirlər, amma gündəlik qısa onlayn görüşlər və tapşırıq izləmə sistemi ilə komanda ruhu qorunur.

- Bəs, gələcəkdə gig-iqtisadiyyatının rolu necə olacaq?

- Araşdırmalar göstərir ki, gig-iqtisadiyyatı daha da genişlənəcək. İş dünyası çevik, layihə əsaslı və bacarıq yönümlü modellərə üstünlük verəcək. İşçilər isə daha sərbəst və fərdiləşdirilmiş karyera imkanlarını seçəcəklər. Bu tendensiya həm şirkətlər, həm işçilər üçün yeni çağırışlar, eləcə də yeni mkanlar yaradır. Əgər şirkətlər rəqabətə davamlı olmaq üçün çevik və adaptiv olmalıdırsa, işçilər də bacarıqlarını daim inkişaf etdirməli və öz fərdi brendlərini qurmalıdırlar.

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://mia.az
archiveBu xəbər 31 Yanvar 2026 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri