Ağ Ev: Trampın istədiyi adamı işdən çıxarmaq səlahiyyəti var
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
ABŞ prezidenti Donald Tramp hökumət başçısı kimi hökumət daxilində istədiyi şəxsi vəzifəsindən uzaqlaşdırmaq səlahiyyətinə malikdir.
APA xəbər verir ki, bunu Ağ Evin sözçüsü Kerolayn Livitt Trampın ikinci dövrünün ilk mətbuat brifinqində gündəmə dair sualları cavablandırarkən deyib.
Livitt Trampın vəzifəyə gəldiyi ilk həftədə çoxlu sayda federal dövlət işçisini işdən çıxarmaq qərarı ilə bağlı suallara cavab verərək bunun Trampın səlahiyyətləri daxilində olduğunu deyib.
"O, idarəedici orqanın rəhbəridir və buna görə də orqan daxilində istədiyi hər kəsi vəzifədən uzaqlaşdırmaq səlahiyyətinə malikdir", - deyə Livitt bildirib.
O həmçinin prezidentin istəmədiyi adamla işləməyəcəyini vurğulayıb.
Qeyd edək ki, yanvarın 20-də vəzifəyə başlayan ABŞ prezidenti Tramp müxtəlif federal qurumlarda, xüsusilə Ədliyyə Nazirliyində çalışan bir çox insanı işdən çıxarıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 29 Yanvar 2025 07:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















