Icma.az
close
up
RU
Ağ Ev Trumpın seçicilərinə görə Çin idxalına tarifləri azaldır “WP”

Ağ Ev Trumpın seçicilərinə görə Çin idxalına tarifləri azaldır “WP”

Icma.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Trampın tərəfdarları onu Çinlə qarşılıqlı şəkildə tariflərin azaldılmasına dair razılaşma bağlamağa inandırıblar. Onlar Trampa Çin mallarına tətbiq olunan rüsumların siyasətçiyə səs verən amerikalılara zərər vurduğunu bildiriblər.

Bizimyol.info xəbər verir ki, bu barədə “Washington Post” (WP) Ağ Evin adı açıqlanmayan əməkdaşlarına istinadən məlumat yayıb.

“Əsas arqument o idi ki, bu tariflər Tramp tərəfdarlarına – Trampın adamlarına zərər verməyə başlayıb”, deyə nəşrə mənbələrdən biri məlumat verib.

Qəzetin məlumatına görə, Ağ Evin aparat rəhbəri Syuzan Uayls, maliyyə naziri Skott Bessent və digər yaxın tərəfdarları Trampa izah ediblər ki, əgər tariflər azaldılmasa, onun seçicilərinin bir hissəsi zərər görəcək. Aprelin sonuna doğru prezidentin qərarları Beynəlxalq Daşıyıcılar və Anbar İşçiləri İttifaqı tərəfindən, həmçinin adətən onu dəstəkləyən işçilər – çətinliklərlə üzləşən sənayeçilər, sifarişsiz qalan yük maşını sürücüləri və qiymət artımından narahat olan tikinti sektorunun əməkdaşları tərəfindən tənqid olunub.

2 aprel tarixində Tramp 185 ölkə və əraziyə qarşı gömrük rüsumları tətbiq etdiyini elan edib. Lakin 9 apreldə ABŞ prezidenti qarşılıqlılıq prinsipinə əsasən tətbiq olunmuş əlavə idxal rüsumlarının bir sıra ölkə və ərazilərə qarşı 90 gün müddətinə dayandırıldığını açıqlayıb.

Ağ Ev bu fasilənin ticarət danışıqları ilə bağlı olduğunu, həmin dövrdə “10%-lik universal tarifin” qüvvədə olacağını bildirib. Eyni zamanda ABŞ prezidenti Çin məhsullarına tətbiq olunan tarifləri 125%-ə qədər artırıb.

Daha əvvəl Kanada, Çin və Meksika hökumətlərinin ABŞ-a fentanil qaçaqmalçılığı ilə mübarizədə guya yetərsiz səylərinə görə tətbiq edilmiş 20%-lik tariflə birlikdə Çin məhsullarına ümumi rüsum 145%-ə çatıb.

ABŞ və Çin arasında ticarət-iqtisadi məsələlərlə bağlı danışıqlar 10-11 may tarixlərində İsveçrədə keçirilib.

12 mayda tərəflər qarşılıqlı tarif endirimlərinə dair razılığa gəliblər: Pekin ABŞ məhsullarına tətbiq olunan tarifləri 10%-ə, Vaşinqton isə Çin məhsullarına tətbiq olunan tarifləri 30%-ə endirəcək.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 May 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri