Ağ Ev Ukraynaya dəstək strategiyası hazırlayıb Minlərlə raket, və yüzlərlə zirehli texnika, 20 milyard kredit veriləcək AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna 2025-ci ilin yanvarında Donald Trampın andiçmə mərasiminə qədər ABŞ-dən daha bir irimiqyaslı hərbi yardım paketi alacaq.
“AzPolitika” "The Guardian"-a istinadla xəbər verir ki, bunu Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakla görüşündə deyib.
Sullivan qeyd edib ki, Ağ Ev Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar və Ukraynaya hərbi yardımlar daxil olmaqla bağlı strategiya hazırlayıb.
Məlumata görə, Sullivan Yermakla bir saatdan çox davam edən görüşdə Ukraynaya yanvarın ortalarına qədər əlavə olaraq yüz minlərlə artilleriya mərmisi, minlərlə raket və yüzlərlə zirehli texnika təqdim verəcəyini söz verib.
ABŞ həmçinin Ukrayna ordusunun Ukraynadan kənarda yerləşən obyektlərdə təlim keçməsinə yardım edəcəyinə dair də söz verib.
“The Guardian” yazır ki, dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlə təmin olunacaq 20 milyard məbləğ də kredit şəklində Ukraynaya təqdim olunacaq.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 06 Dekabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















