Icma.az
close
up
RU
Ağ Evdə aranı qatan Hillibilli

Ağ Evdə aranı qatan Hillibilli

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yaxında Cey Di adını çox eşidəcəksiniz

Ağ Evdəki Tramp-Zelenski görüşündə aranı qatan, atəşə yağ tökən ABŞ-ın vitse-prezidenti Cey Di Vens (ing. J.D. Vance) oldu. 2024-ün yayında aşağıdakı yazını yazarkən Trampın seçkiləri udacağı hələ sual altında idi. Payızda keçirilən prezident seçkiləri sadəcə Amerikanı deyil, bütün dünyayı dəhşətə gətiəcəkdi…

Vens haqqında elə ağır yazılar, elə sərt tənqidlər və elə ürpərdici təxminlər çıxmışdı ki, dünyanın aparıcı siyasət uzmanları bunların bir qədər şişirdilmiş olduğunu dilə gətirmişdilər. Təəssüf ki, Cey Di Vens haqqında söylənənlər doğru çıxdı.

Hillibilli

Yaydır.

Oğlum və kiçik qızım bizə qonaq gəliblər.

Havalar sərinləyən kimi yenə gedəcəklər.

Dünən səhər yeməyində müzakirə mövzusu Baydenin namizədliyini geri çəkib çəkməyəcəyi müəmması idi.

Qızıma Cey Di Vensi tanıyırsanmı deyə sordum.

Düşündüm ki, bilməzlər onu, axı Tramp onun vitse-prezident vəzifəsinə namizədliyini cəmi 2 gündür irəli sürüb.

Abisinin üzünə baxıb gülümsədi və Yale Universitetindən hindli arvadına, iş həyatından və İlon Maskla əlaqələrinə qədər bir sürü şeydən danışdı. Bacısının dediklərini başını sallayaraq təsdiq edən oğlum isə “sən ən yaxşı “Hillbilly Elegy” (Hillibilli Elegiyası) filmini seyr et, sonra danışarıq” dedi.

Matım qurudu, nə vaxt oxuyurlar bunları, nə zaman seyr edirlər, necə çatdırırlar deyə düşündüm. Bu aralar çox işim var, dünən zor-bəla vaxt tapıb “Netflix”də amerikan siyasətinin parlayan siması haqqındakı bu filmin yarısına baxdım, bu axşam isə bitirdim…

Amerika Birləşmiş Ştatlarında bu ölkənin dağlıq rayonlarının kənd yerlərində, ilk növbədə Appalaçi dağlarında yaşayan, öz mədəni mühitinə, həyatlarının spesifik xüsusiyyətlərini qoruyan insanlara Hillibilli (ing. Hillbilly) deyirlər.

“Hillibilli” spesifik bir kəlmə olsa da, onun əsil mənasını “kəndçi”, “kəndistan” kimi anlamaq lazımdır. 2020-ci ildə çəkilmiş bu film Donald Trampın seçiləcəyi təqdirdə onun vitse-prezidenti olacaq Cey Di Vensin 3 nəsil ailə fərdlərinin həyatı haqqında bir dramdır. 40 yaşlı Cey Dinin başdöndürücü bir siyasi və biznes karyerası, Appalaçi dağlarından enmiş “kəndçi” amerikalıların bilmədiyimiz çətin həyatları, həyəcan və ehtirasları haqqında bir filmdir…

Spoylerlik yapmaq istəmirəm, həm spoylerlik üçün bir “əkşn” da yoxdur.

Odur ki, vaxt tapıb baxın, çünki ehtimal ki, yaxında Cey Di adını çox eşidəcəksiniz.

Dünyanın qədərində aktiv rol alacağı şübhəsizdir…

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://ayna.az
archiveBu xəbər 03 Mart 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1400

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see690

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see540

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see529

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see477

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see452

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see440

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see430

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see404

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see361

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see344

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see291

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see290

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see285

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see284
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri