Ağ Evdə FİKİR AYRILIĞI Vens mövqeyini gücləndirmək istəyir
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
ABŞ vitse-prezidenti Ceyms Devid Vens prezident Donald Trampa bir neçə dəfə müraciət edərək İranla danışıqlar aparmaq üçün icazə istəyib.
"Azpolitika" xəbər verir ki, bu barədə Associated Press (AP) Ağ Evdəki mənbələrinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, Vensin bu istəyinin səbəbi Amerika liderinin potensial varisi kimi ABŞ daxilində şəxsi mövqeyini gücləndirmək istəyidir.
AP-nin mənbələrinə görə, Tramp Vensin təklifi ilə dərhal razılaşmasa da, sonra güzəştə gedərək ona Pakistan və İsveçrədə İran tərəfi ilə danışıqlara rəhbərlik etmək imkanı verib. Prezident Barak Obama dövründə ABŞ-ın ATƏT-dəki nümayəndəsi vəzifəsində çalışmış amerikalı diplomat İan Kelli qeyd edib ki, vitse-prezidentə danışıqlarda aparıcı rol verilməsi olduqca qeyri-adi haldır.
AP-nin məlumatına görə, Vens əvvəlcə İranla razılığa gəlmək ehtimalına nikbin yanaşıb. Vens və Rubio arasında ABŞ-ın Yaxın Şərqdəki xarici siyasət strategiyası ilə bağlı ciddi fikir ayrılıqları var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 01 İyul 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















