Icma.az
close
up
RU
“Şokolad trendi” ilə bağlı FİKİR AYRILIĞI Müəllimə SEVGİ, adına XƏLƏL, yoxsa ƏYLƏNCƏ?

“Şokolad trendi” ilə bağlı FİKİR AYRILIĞI Müəllimə SEVGİ, adına XƏLƏL, yoxsa ƏYLƏNCƏ?

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Son günlərin ən çox müzakirə olunan məsələlərindən biri məktəblərdəki “şokolad trendi”dir.
Sosial şəbəkə istifadəçiləri bu mövzuya münasibətdə iki yerə bölünüb. Bir qisim insanlar buna görə müəllimləri qınayır. Onlar hədiyyə kiçik olsa da, neqativ yükün böyük olduğunu, belə videoların müəllim adına xələl gətirdiyini düşünürlər. Hətta bunun şagirdlərdə müəllimə yarınmaq kimi təsirlər buraxdığını da istisna etmirlər.


Digər qism isə bu trendi şagirdlərin müəllimə sevgisini, dəyərini göstərən kiçik jest kimi dəyərləndirir. Eyni zamanda belə əyləncəli videoların məktəbdə pozitiv atmosfer yaratdığı qənaətindədirlər.
Bəs, hansı tərəf haqlıdır?
Məsələ ilə bağlı rəsmi mövqe yoxdur. Çünki bir neçə gün öncə təhsil qruplarında sözügedən videolarla bağlı bəzi müəllimlərin tənbeh edildiyi, hətta töhmətlə cəzalandırıldığı qeyd olunmuşdu. Nə Elm və Təhsil Nazirliyi, nə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bu barədə sualımızı cavablandırmadı. Görünür, təhsil qurumları hələ də bu trendin yanlış, yoxsa normal addım olduğunu qiymətləndirə bilməyib. Yaxud da qiymətləndirib, amma bunu mətbuatın bilməsini istəməyib.
Ekspertlər isə müəllimlərin belə trendlərdən çəkinməli olduğunu düşünürlər.


Mövzu ilə bağlı fikirlərini Bizim.Media-yla bölüşən ekspert Elşən Qafarovun “şokolad trendi” səpkisində satirik səslərin yazılması, videolarının yayılması ilə bağlı fikri birmənalıdır:
“Biz xeyli vaxtdır alışmışıq ki, müəllimlərlə bağlı ancaq dərsdə əsəbiləşən,  siniflərdə xoşagəlməyən halları göstərən videolar görək. Bu şokolad videolarının təşəbbüsü uşaqlardan gəlir. Amma müəllim başa düşməlidir ki, o, təkcə məktəbdə, əmək funksiyasını yerinə yetirdiyi zaman deyil, hər yerdə, hər zaman bir nümunədir. O əks fikirlərin çox olduğu bir addım varsa, bundan çəkinməlidir. Müəllim xarici görünüşü, davranışı, danışığı, əməli, təhsil proqramını uğurlu yerinə yetirməsi, şagirdlərinin gözəl nəticələri ilə tanınmalıdır. Mən düşünmürəm ki, bu cür trendlər hansısa müəllimə nüfuz gətirə bilər”.
Ekspert deyir ki,  Azərbaycanda təhsilə ayrılan vəsait Qırğızıstanın təhsilinə ayrılan vəsaitdən çoxdur. Amma orda müəllimlər sosial şəbəkələrdə yalnız şagirdlərə nümunə olacaq videolar paylaşırlar:
“Qırğızıstanda müəllimlərin hamısının sosial şəbəkəsi var. Onlar tədris proqramından videolar paylaşırlar ki, şagird sosial şəbəkədə də müəllimini öyrədən, tərbiyəvi söhbətlər, şagird şəxsiyyətini formalaşdıracaq nümunə kimi görsünlər. Bizdə də az da olsa, belə müəllimlər var.


Arzu edərdim ki, belə müəllimlərin sayı çox olsun. Şagirdi şəxsiyyət kimi formalaşdıran, onların dünyagörüşünə müsbət təsir göstərən videolar ilə tanınsın.
Belə ucuz videolar ilə müəllimlərin tanınmasını, trendə düşməsini məqbul hesab etmirəm.


Amma digər tərəfdən də burada davranış qaydalarının pozulması halı yoxdur. Ona görə məktəb rəhbərləri müəllimlərlə söhbət etməlidirlər. Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi  səhifələrində tədris proqramları, şagird şəxsiyyətinin formalaşdırılması, təkmilləşdirilməsinə müsbət təsir edə bilən videolar paylaşan müəllimləri önə çıxarmalıdır. Müəllimin sosial şəbəkədə rolu bu formada olmalıdır.
Təəssüf ki, dəyərləndirmə və müəllimlər arasında bu sahəyə meyl də yoxdur. Ona görə burda rəqabət qabiliyyəti də yoxdur”.
Ekspertin fikrincə, istənilən halda bu trend dayanmalıdır:
“Müəllimlər bundan qaçmalı, yayınmalıdırlar.  Amma bunu da qeyd edim ki, burada etik davranış qaydalarının da pozulması da yoxdur. Bildiyim qədər, bir çox məktəblərdə müəllimlərə belə videolara görə intizam tənbehi verilib. Bunu da doğru saymıram”.
Rəna Cumaqızı, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Dekabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri