Ağ Evdən İran açıqlaması: Biz buna dözə bilmərik
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Hörmüz boğazında iranlıların beynəlxalq su yolundan kimin istifadə etdiyinə və ondan istifadə üçün nə qədər pul ödəməli olduğuna qərar verdiyi bir sistem normallaşdırıla bilməz, biz buna yol verə bilmərik".
Ölkə.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News”ə İslamabadda keçirilən uğursuz ikinci danışıqlardan sonrakı vəziyyəti şərh edərkən deyib.
İranın ABŞ-la razılaşmaqdan başqa çarəsi olmadığını iddia edən Rubio Tehrandakı liderlərin bir çoxunun "ekstremist" fiqurlar olduğunu, lakin bu şəxslərin ölkəni mövcud vəziyyətdən çıxarmaq üçün addımlar atmalı olduqlarını gördüklərini bildirib.
İranın üzləşdiyi iqtisadi problemlərə toxunan Rubio deyib ki, İranın üzləşdiyi iqtisadi problemlər daha da pisləşib.
Rubio onu da qeyd edib ki, Ağ Ev İranın nüvə silahı ilə bağlı nəticə əldə edilməyənədək hər hansı razılaçmadan söhbət gedə bilməz.
Hörmüz boğazında yaranmış durjmu şərh edən ABŞ dövlət katibi bunları qeyd edib: "Onlar deyirlər ki, boğazlar açıqdır. Əlbəttə ki, əgər razılaşdırsanız və icazəmizi alsanız, əks halda sizi partladacağıq və ya bizə pul ödəyəcəksiniz. Bu, boğazları açmaq deyil.
İranlıların beynəlxalq su yolundan kimin istifadə etdiyinə və ondan istifadə üçün nə qədər pul ödəməli olduğuna qərar verdiyi bir sistem normallaşdırıla bilməz. Biz buna dözə bilmərik".
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 28 Aprel 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















