Icma.az
close
up
RU
Ağ Evdən Xameneyiyə mesaj: “İranda hakimiyyət dəyişikliyi...”

Ağ Evdən Xameneyiyə mesaj: “İranda hakimiyyət dəyişikliyi...”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“ABŞ diplomatik səylərini bərpa etmək istəyirsə, İrana qarşı növbəti zərbələri istisna etməlidir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi BBC-yə bildirib. 

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası vasitəçilər vasitəsilə danışıqlar masasına qayıtmaq istəyini Tehrana çatdırıb:

”Lakin növbəti hücumlarla bağlı “çox vacib məsələ ilə bağlı mövqeyini açıqlamayıb”.

İsrailin iyunun 13-nə keçən gecə başlayan hərbi əməliyyatı iki gün sonra Maskatda baş tutmalı olan dolayı danışıqların altıncı raundunu pozub. ABŞ ötən həftə sonu İsrail və İran arasında münaqişəyə müdaxilə edərək, İranın üç nüvə obyektinə hava zərbələri endirib.

Taxt-Rəvançi həmçinin deyib ki, İran dinc məqsədlər üçün uranı zənginləşdirməyə qadir olmaqda israrlı olacaq və ölkənin gizli şəkildə nüvə bombasına doğru irəliləməsi ilə bağlı ittihamları rədd edib.

Nazir müavini deyib ki, İranın tədqiqat proqramı üçün nüvə materiallarına çıxışı qadağan edilib, ona görə də özünə arxalanmalıdır:

“Zənginləşmənin səviyyəsi, həcmlər müzakirə oluna bilər, amma “uranı zənginləşdirməməlisən, zənginləşdirmə sıfır olmalıdır, əgər razılaşmasan, səni bombalayacağıq” demək cəngəllik qanunudur” dedi.

Məcid Təxt-Rəvançi  İranın proqramının, o cümlədən uranın 60%-ə qədər zənginləşdirilməsinin dinc məqsədlər üçün olduğunu bir daha vurğulayıb.

Xarici işlər nazirinin müavini deyib ki, İran vasitəçilər vasitəsilə ABŞ-nin “İranda rejim dəyişikliyində iştirak etmək istəmədiyi" mesajlarını alıb və ölkənin ali dini lideri Ayətullah Əli Xameneyini hədəf alıb. O əlavə edib ki, iranlılar hökumətin bəzi hərəkətlərini tənqid edə bilərlər: “Lakin söhbət xarici təcavüzə gəldikdə, buna qarşı birləşəcəklər”.

Xəzər
“Cebheinfo.az”

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 İyun 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see288

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see285

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see281

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see265

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see255

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see251

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see240

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see236

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see235

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see234

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see222

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see221

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see220

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see220

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see216

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see211

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see209

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see206

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see201

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri