Ağ Evin sosial media hesabından Trampın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı paylaşım edilib
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ağ Ev-in rəsmi sosial media hesabında ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı paylaşım edilib.
Paylaşımda bir neçə ölkə liderinin Trampı bu mükafata layiq gördüyü vurğulanıb.
Siyahıda Ermənistan, Azərbaycan, Kamboca, Qabon, İsrail, Pakistan və Ruanda dövlət başçılarının adları yer alıb. Ağ Ev-in məlumatına görə, bu liderlər Trampın qlobal münaqişələrin azaldılması, diplomatik təşəbbüslərin artırılması və beynəlxalq münasibətlərdə gərginliyin yumşaldılması istiqamətində atdığı addımları yüksək qiymətləndiriblər.
Xüsusilə, İsrail və bəzi ərəb ölkələri arasında imzalanan “Abraham Sazişləri” və Şimali Koreya ilə aparılan tarixi danışıqlar Trampın əsas sülh təşəbbüsləri kimi qeyd olunur. Həmçinin, bəzi liderlər onun enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və regional sabitlik məsələlərindəki fəaliyyətini də ön plana çıxarıblar.
Nobel Sülh Mükafatı üzrə qalibin açıqlanması ilin sonlarında gözlənilir.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 13 Avqust 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















