Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Ağ qan qırmızı qanı niyə yeyir ?

Ağ qan qırmızı qanı niyə yeyir ?

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qan xərçəngi kimi tanıdığımız leykemiya daha çox uşaqlıq dövrü xərçəngidir. Leykemiya sümük iliyinin istehsal etdiyi hüceyrələr olan limfoid və miyeloid hüceyrələrin anormal həddə çoxalması nəticəsində yaranır. El arasında bu xəstəlik “ağ qanın qırmızı qanı yeməsi” kimi tanınır.

Leykemiya başlanğıc və klinik gedişatına görə kəskin və xroniki leykoz olaraq iki yerə bölünür. Kəskin leykemiyalar sürətlə inkişaf edir və vaxtında müalicə olunmazsa, xəstələr bir neçə həftəyə ölə bilərlər. Xroniki leykemiyalar isə yavaş-yavaş irəliləyir. Kəskin leykozlar bütün leykemiya xəstələrinin təxminən 95%-ni təşkil edir.

Leykemiya yarandıqları hüceyrə tipinə görə "limfositik" və "miyeloid" leykoz olmaqla iki qrupa bölünür. “Lenfositik leykoz” “lenfosit” adlanan ağ qan hüceyrələrini yaradan kök hüceyrələrin nəzarətsiz çoxalması ilə xarakterizə olunur. “Miyeloid leykoz” sümük iliyində leykositlər (neytrofillər, monositlər, eozinofillər, bazofillər), eritrositlər və trombositlər əmələ gətirən kök hüceyrələrin xərçəngidir. Lenfositlərin sürətlə çoxalması ilə baş verən leykoz növü "kəskin limfoblastik leykemiya" adlanır.

Uşaq yaşlarında xərçəng xəstəliyinə tutulanların 35%-i leykoz xəstələridir. Leykoz xəstələrində formasından asılı olaraq, qanyaradıcı üzvlər, ilk növbədə, sümük iliyi, qaraciyər, dalaq, limfatik düyünlər və başqa üzvlərdəki letikulo-endoteli toxuması zədələnir. Xəstəlik zamanı qırmızı qanın törənməsi də pozulur, ona görə leykozun təxminən bütün formalarında bu və ya başqa dərəcədə anemiyaya rast gəlmək olar. Həmçinin qandakı eritrositlərin orqanizmdə yaranması zamanı və trombositlərdə zəifləmə nəticəsində qanı qatılaşdıran hüceyrələrdə azalma müşahidə olunur.

Xəstəliyin kəskin dövründə qırmızı qan kürəciklərinin miqdarında azalma o dərəcəyə çatır ki, qanda ağarma baş verir. Qanda bu və ya başqa ağ qan elementlərinin üstünlüyündən asılı olaraq leykozlar limfoleykoza (limfatik elementlər), mieloleykoza (sümük iliyi elementləri) və retikulendotelioza (qanda ağ qan kürəciklərinin çoxluğu) ayrılır. Limfeleykozda çox vaxt bədxassəli qanazlığının əlamətləri görünür. Ağ qan hüceyrələrinin həddən artıq çoxalması, xüsusən də yetişməmiş ağ qan hüceyrələrinin üstünlüyü ilə müşahidə olunan leykozlar leykemiya –ağqanlılıq adlanır. Bu anormallıq zamanı 1 mm qanda 100-400 min ağ qan kürəciyi ola bilər. Leykozda ağ qan elementlərində dəyişikliklər baş verdiyi üçün qanın tərkibi sabit qalmır.

Leykozun səbəbi hələ müəyyən edilməyib. Ancaq bəzi xəstələrin keçmiş kimyəvi terapiya və ya radioterapiya və kimyəvi dərman istifadəsi səbəbindən bu xəstəlikləri inkişaf etdirdiyi düşünülür. Bundan əlavə, Daun Sindromlu insanlarda bu xəstəliyin daha çox yayılması, genetik xəstəlikləri olan insanlarda leykoza bir meyl olduğunu göstərir. Siqaret çəkmə, infeksiyalar, qeyri-sağlam qidalanma, kimyəvi maddələrə məruz qalma və spirt istifadəsi kimi faktorlar böyüklərdə qan xərçənginə səbəb olsa da, uşaqlarda xəstəliyin ətraf mühit faktorlarından çox genetik problemlərlə bağlı inkişaf ehtimalı daha yüksəkdir.

Leykemiya simptomları uşaqlar və böyüklər arasında fərqli ola bilər. Uşaqlarda leykozun simptomları bədəndə səbəbi bilinməyən qançırlar, zədə zamanı zərbənin təsiri ilə yaranan qançırlar, anemiya, qaraciyərin və ya dalağın böyüməsi, qanda qırmızı qan hüceyrəsi və hemoqlobin səviyyəsinin aşağı olması, ayaqlarda səbəbsiz ağrı olur.

Böyük insanlarda qəfil başlayan yüksək hərarət, zəiflik, səbəbsiz çəki itkisi, həddindən artıq yorğunluq, sağalmayan infeksiyalar, şişmiş diş ətləri, bədəndə qançırlar, iştahsızlıq, limfa düyünlərində heç bir ağrıya səbəb olmayan şişkinliklər, burun qanaxmaları, dərinin altında qırmızı ləkələr, öskürək, nəfəs darlığı, tərləmə, genişlənmiş qaraciyər və dalaq, sinə ağrısı, sümüklərdə və oynaqlarda ağrı leykoz əlaməti ola bilər.

Leykoz xəstəliyinin simptomları leykemiyanın növündən asılı olaraq dəyişir. Qan xərçəngi diaqnozu üçün fiziki müayinə tələb olunur. Həkimə müraciət edən xəstələrdə adətən zəiflik, yorğunluq, dəri rənginin dəyişməsi, göyərmə və limfa düyünlərinin böyüməsi müşahidə olunur. Həkimin göstərişi ilə tam qan analizi və periferik qan yaxması aparılır. Mikroskop altında araşdırılan qan nümunələrində anormal qan hüceyrələri aşkar edilərsə, leykoz diaqnozu qoyula bilər. Diaqnozu təsdiqləmək üçün sümük iliyi nümunəsi patoloji, sitometriya və genetik laboratoriyalarda araşdırılmalıdır.

Diaqnoz qoyulmuş xəstələr risk qrupundan asılı olaraq müxtəlif müalicə üsulları ilə nəzarətə götürülür. Leykoz müalicəsinin məqsədi xəstəliyin inkişafını dayandırmaq və sağalmaya nail olmaq, bərpa müddətini uzatmaq, mərkəzi sinir sistemini metastazdan qorumaq və sağlamlıq əldə ediləndə onun saxlanmasını təmin etməkdir.

Leykoz üçün əsas müalicə üsulu dərman müalicəsidir. Ağızdan və venadaxili olaraq tətbiq edilən kimyaterapiya müalicənin birinci mərhələsini təşkil edir. Leykemiya müalicəsi zamanı kimyaterapiya ilə yanaşı, qan və qan hüceyrələrinin dəyişdirilməsi, həmçinin qoruyucu və müalicəvi mikrob əleyhinə dərmanlar da tətbiq edilir. Bütün bu müalicəvi dərmanlarla yanaşı, xəstənin psixoloji vəziyyətinin pisləşməsinin qarşısını alan müalicə üsulları da leykoz müalicəsinin tərkib hissəsidir.

Yüksək risk qruplarında kimyaterapiyadan sonra kök hüceyrə transplantasiyası – ilik nəqli tələb edə bilər. Sümük iliyi transplantasiyası üçün lazım olan kök hüceyrələr xəstənin özündən və ya uyğun donordan əldə edilə bilər. Kök hüceyrələr yaxın qohumdan (məsələn, ana, ata, həyat yoldaşı, uşaq və ya qardaş) toplanırsa, transplantasiyadan əvvəl kök hüceyrələrdən uyğun olmayan toxumalar çıxarılır. Uşaqlarda leykoz müalicəsində müsbət nəticələr təxminən 90% təşkil edir, lakin yaşlı xəstələr üçün bu nisbət risk qrupundan asılı olaraq, 50% -80% arasındadır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı ” istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:339
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri