Icma.az
close
up
RU
“Ağ qızıl” Tərtərə ağ günlər gətirir

“Ağ qızıl” Tərtərə ağ günlər gətirir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Respublikamız üçün ənənəvi sahələrdən olan pambıqçılığa dövlət dəstəyi bu sahənin inkişafına stimul verir. Prezident İlham Əliyevin pambıqçılığın inkişafına dair imzaladığı sərəncamların uğurlu icrası nəticəsində bu gəlirli sahə özünün əsl dirşəliş dövrünü yaşayır. Xam pambığın alış qiymətinin artırılması, eyni zamanda, verilən subsidiyalar fermerlərin bu sahəyə marağını daha da artırır.

İqtisadiyyatının əsasını aqrar sahənin təşkil etdiyi Tərtər rayonu hər zaman olduğu kimi, yenə də ənənəvi kənd təsərrüfatı məhsullarının istehsal həcminə görə ön sıralarda qərar tutur. Rayonda pambıqçılığın inkişafı da daim diqqət mərkəzində saxlanılır. Fermerlər cari ilin məhsulu üçün 3 şirkətlə müqavilələr bağlamışlar. “Prime Cotton” MMC tərəfindən 309 istehsalçı ilə 1090 hektar, “Azərpambıq ASK” MMC ilə 270 fermer arasında 1323 hektar, “Elakoton” MMC tərəfindən 2 fermer ilə 384 hektar ərazi üçün müqavilələr imzalanmışdır. Ümumilikdə bu günədək rayon ərazisində 2794.2 hektar sahədə yığım aparılaraq 10384,8 ton məhsul əldə olunmuşdur. Orta məhsuldarlıq 37.7 sentner təşkil edir.

Rayon ərazisində fəaliyyət göstərən “Prime Cotton” MMC şirkətinin əməliyyat direktoru Vilayət Şairov bildirdi ki, müəssisədə 60 nəfər daimi işlə təmin olunub, 40 nəfər isə mövsümi işlərə cəlb olunur. Filial fermerlərlə bağladığı müqavilələrə əsasən torpağın şumlanmasından başlayaraq, məhsul yığımınadək bütün prosesləri həyata keçirir. Ehtiyac duyulduğu halda, fermerlərə toxum almaq və başqa işləri yerinə yetirmək üçün avans formasında vəsait də verilir. Müəssisə bütün növ kənd təsərrüfatı texnikaları ilə tam təchiz olunmuşdur.

Sevindirici haldır ki, bu təsərrüfat ilində havalar iqlim normasına uyğun keçdi. Becərilmə işləri uğurla davam edir, nəticədə məhsul yığımı optimal müddətdə aparılır. Sentyabr ayının 24-də sahələrdə defolyasiyaya başlanıb, oktyabrın 14-dən isə “ağ qızıl” yığımına start verilib. Pambıq yığımının tez və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunmuşdur.

Yığım əsasən kombaynlarla aparılır. Hazırda 1-ci üz yığım sona çatmış, hər hektardan ortalama 36 sentner xam pambıq əldə olunmuşdur. Artıq 2-ci üz yığıma başlanmışdır. 100 hektar sahədə pambıq yığımı baş tutacaq. Havalar əlverişli keçərsə, təxminən, 10 günə 2-ci üz yığım da başa çatdırılacaq. Mütəxəssislər 2-ci üz yığımdan da yüksək məhsuldarlıq proqnozlaşdırırlar.

Əldə olunan məhsul pambıq emalı zavodlarına təhvil verilir. Orada xam pambıq çeşidlənir, alınan mahlıc kip şəklində həm yerli, həm də bir sıra xarici ölkələrə ixrac olunur ki, bu da ölkəyə valyuta axınına səbəb olur. Məhsul yığımı başa çatmamış növbəti təsərrüfat ilinə hazırlıq işlərinə başlanılır. Səpin aparılacaq sahələr seçilir, pampığa yararlı sahələrdə işlər aparılır. Sahələrdə əsasən qardaş Türkiyədən gətirilmiş “Bəyaz Altun”, “Lazer”, “May” və digər lifsiz toxumların səpini aparılır.

Müsahibimiz bildirdi ki, bu toxumlar xəstəliyə davamlı, yüksək məhsuldar, tez yetişən, eyni zamanda, vegetasiya dövrü az olan məhsullar verir. Məhsul tez və itkisiz, havalar soyuyanadək yığılıb başa çatır. Vilayət Şairov bir məsələni xüsusilə vurğuladı ki, işğal dövründə Tərtərdə, eləcə də bölgədə suvarma suyu ilə bağlı həddindən artıq çətinliklər yaşanırdı. Belə ki, ermənilər strateji əhəmiyyəti olan “Sərsəng” və “Suqovuşan” su anbarlarından istədikləri kimi istifadə edirdilər, qış aylarında qəsdən suyu çaylara buraxır, isti havalarda isə suvarmaya böyük ehtiyac duyulduğu zamanlarda suyun qarşısını kəsirdilər. Torpaqlarımız, o cümlədən, adıçəkilən obyektlər işğaldan azad olunduqdan sonra suvarmada mövcud olan problemlər aradan qaldırıldı. Hazırda sudan səmərəli istifadə edilməklə əkinçilikdə yüksək məhsuldarlıq əldə olunur.

Gənc və qabaqcıl fermer Mirsərvər Müseyibli əldə etdiyi nailiyyətlərdən bəhs edərək bildirdi ki, 2025-ci ilin məhsulu üçün 5 hektar sahədə çiyid səpini aparılmışdır. “Prime Cotton” MMC şirkətinin həyata keçirdiyi yüksək aqrotexniki qulluq sayəsində hər hektardan 50 sentner yüksəkkeyfiyyətli xam pambıq əldə olunmuşdur. Becərmə dövründə 30-35 nəfər günəmuzd işçi çalışmışdır. Gənc fermer 2026-cı təsərrüfat ilində 8 hektar sahə üçün şirkətlə müqaviləni artıq imzalayıb.

Vəli VƏLİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see720

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see295

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see278

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see263

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see247

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see236

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see228

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see212

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see189

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri