Icma.az
close
up
RU
Ağac kəsməyə görə cərimələr 10 dəfə artırılsın TƏKLİF

Ağac kəsməyə görə cərimələr 10 dəfə artırılsın TƏKLİF

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Elçin Bayramlı

Son vaxtlar Bakıda çox saylı yeni binalar tikilir. Buna sevinmək olardı, əgər hündürmərtəbəli binalar əvvəlki yaşayış binalarının önünü kəsməsəydi, həmçinin qarşıdakı yaşıllıq ərazi, çoxillik şam ağacları kəsilməsəydi. Amma son illərdə paytaxtda bəzi tikintilər məhz bu şəkildə aparılır. Binalar bir-birinə çox yaxın tikilir, mənzillər günəş işığından məhrum qalır, mənzillərə hava daxil olmur.

Bakı şəhərində bir çox obyektlərin, binaların tikilməsi zamanı ağaclar kəsilir. Dəfələrlə belə hallar ictimailəşdirilib və yaxud müvafiq dövlət orqanları tərəfindən aşkar edilərək cərimələr tətbiq olunub, cəzalar verilib. Amma yenə də bəzi iş adamları və şirkətlər müxtəlif yollarla yaxşı ərazilərdə, perspektivli məkanlarda olan yaşıllıqları məhv edib yerində tikinti aparırlar.

Bu məsələlərdə sakinlər də daha diqqətli və məsuliyyətli olmalıdırlar. Bununla bağlı müraciətlər edilməli, məsələ ictimailəşdirilməlidir. Çünki bəzən müvafiq dövlət orqanlarının belə hallardan xəbəri olmur. Ona görə də məlumat verilməlidir ki, lazımi tədbirlər görülsün.

Bakı şəhəri ümumiyyətlə yaşıllıq sahəsinin ən az olduğu şəhərlərdən biridir. Şəhərin ümumi ərazisinin təxminən 4 faizi yaşıllıq sahəsidir. Halbuki normal şəhərlərdə bu göstərici 20, 30, 40, hətta 50 faizə çatır. Belə bir vəziyyətdə onsuz da az olan yaşıllıq sahələrinin və ağacların kəsilməsi həqiqətən də böyük bir cinayətdir.

Xüsusən Bakının torpaq və iqlim şəraiti ağacların böyüməsi üçün əlverişli deyil. Böyük zəhmətlə əkilən bu ağacların kəsilib yerində obyekt tikilməsinə yol vermək olmaz. Obyektlər ağac olmayan ərazilərdə tikilə bilər.

Bəzən dövlət tərəfindən strateji əhəmiyyətli obyektlərin tikintisi zəruri ola bilər və bu zaman ağacların kəsilməsi qaçılmaz hesab edilə bilər. Lakin belə hallarda yaxınlıqda yeni yaşıllıq sahələri salınmalıdır. Bu, kompensasiya mexanizmi kimi tətbiq olunmalıdır.

Amma adi obyektlərin tikintisi üçün ağacların kəsilməsinə yol verilirsə, cəzalar artırılmalıdır. Mən hesab edirəm ki, mövcud cərimələr çox aşağıdır. Məsələn, yaşıllıq sahəsini məhv edib orada biznes quran şəxs ildə yüz minlərlə, hətta milyonlarla gəlir əldə edəcəksə, ağacların kəsilməsinə görə tətbiq olunan cərimələr onun üçün ciddi maneə yaratmır. 50 min və ya 100 min manat cərimə belə həmin gəlirlərlə müqayisədə çox kiçik məbləğdir.

Ona görə də həmin şəxslər buna göz yumurlar. Çünki gələcəkdə illərlə böyük vəsait qazanacaqlarını düşünürlər. Deməli, cərimələr kifayət qədər yüksək deyil. Mən hesab edirəm ki, bu cərimələr ən azı 10 dəfə artırılmalıdır.

Əks halda şəhərdə ekoloji vəziyyət daha da pisləşəcək və yaşıllıq sahələri azalacaq. Onsuz da bu sahələr kifayət qədər azdır.

Həmin şəxslər məcbur edilməlidir ki, məhv etdikləri ərazini yenidən yaşıllaşdırsınlar. Bundan əlavə, başqa ərazilərdə də öz vəsaitləri hesabına yeni yaşıllıq sahələri salmalıdırlar. Əlbəttə ki, cəriməni ödədikdən sonra.

Bakı şəhərinin yaşıllaşdırılması işinə Heydər Əliyev Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İDEA və sair təşkilatlar böyük töhfə verir. Lakin bəzi içş adamlarının belə hərəkətləri şəhərimizin ekologiyasına zərər vurur. Bu səbəbdən də bu məsələlər həm dövlət, həm də ictimai nəzarətdə olmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 İyun 2026 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri