Icma.az
close
up
RU
Ağadadaş Ağayevə nə olub?

Ağadadaş Ağayevə nə olub?

Icma.az bildirir, Pravda.az portalına istinadən.

Xalq artisti Ağadadaş Ağayevin səhhəti pisləşdiyindən onun cinayət işi üzrə məhkəmə prosesləri təxirə salınıb.

Bu barədə məhkəməyə Xalq artistinin vəkili Asim Abbasov məlumat verib. Bu səbəbdən Ağadadaş Ağayevin məhkəməsinin ertələnməsi barədə qərar qəbul olunub. Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ittiham olunur. Binəqədi Məhkəməsində Ağadadaş Ağayevin tərəf olduğu 2 məhkəmə prosesi keçirilir. Proseslərdən birində o, müttəhim, digərində zərərçəkəndir. Hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Ağadadaş Ağayev müttəhim statusundadır. Artıq tərəflər barışıq sazişi imzalayıblar və məhkəməyə təqdim ediblər. Ötən prosesdə Ağadadaş Ağayev cinayət işi üzrə özünün məhkəməsinə qatılsa da, 2 saat sonra keçirilən mühafizəçinin müttəhim olduğu prosesdə iştirak etməmişdi. Vəkili Asim Abbasov bunu Ağadadaş Ağayevin səhhətində yaranan problemlə əlaqələndirmişdi. Məhkəmənin ilk iclasında zərərçəkmiş Nurəddin Cəlilovun vəkili vəsatətlə çıxış edərək təqsirləndirilən şəxsin əməlində daha ağır əməlin əlamətləri mövcud olduğunu demişdi.

Bildirmişdi ki, əməldə 29,120.2.2- ci (qəsdən xuliqanlıq niyyəti adam öldürməyə cəhd) və 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddələri ilə ittihamın əlamətləri var, baltanı zərərçəkmişə tərəf atması istintaq sənədləri ilə sübuta yetirilib: “Zərərçəkmiş şəxs bu barədə istintaq zamanı vəsatət verib. Amma vəsatət təmin edilməməklə zərərçəkmiş şəxsin hüququ pozulub. Biz işin ibtidai istintaqa qaytarılmasını istəyirik”.

Vəkil Ağadadaş Ağayevin barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəsə də, dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların olmadığını demişdi. Hakim vəsatəti təmin etməmişdi. Məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub. Bu iş üzrə Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır. Cinayət dosyesi Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyevin sədrliyi ilə araşdırılır. Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir. İş üzrə bu il oktyabrın 31-nə təyin olunan məhkəmənin hazırlıq iclasına Ağadadaş Ağayev qatılmamışdı. Mühafizəçi Nurəddin Cəlilov hakim Elçin Ağayevin sədrliyi ilə mühakimə olunur. Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevin müttəhim statusunda olduğu cinayət dosyesi üzrə tərəflər ibtidai istintaq zamanı 1 dəfə üzləşdiriliblər. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baş tutan və 1 saata yaxın davam edən üzləşdirmədə Ağadadaş Ağayev baltalı hücumu ilə bağlı inkarçı mövqe tutub, mühafizəçiyə atdığı baltanı “məişət əşyası” adlandırıb, baş verənlərdə məsuliyyəti Nurəddin Cəlilovun üstünə atmağa çalışıb. Bu iş üzrə də Ağadadaş Ağayev qarşı tərəflə barışıq sazişi imzalayıb və məhkəməyə təqdim edib. Məhkəmənin Ağadadaş Ağayevin barışıq sazişini qəbul edib-etməməsi iş üzrə qərar qəbul edilərkən məlum olacaq.

Xalq artistinə yekun olaraq xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə maddəsi ilə yekun ittiham elan edilib. İttiham təsdiqlənərsə, müttəhim 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Növbəti proses fevralın 12-nə təyin olunub.

Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://pravda.az
archiveBu xəbər 06 Fevral 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see136

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see124

Gəncədə qohumlar arasında dava Yaralılar var

03 İyun 2025 08:02see121

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see121

Ölkəmizin heç vaxt görmədiyi sürətlə silah yığırıq

03 İyun 2025 08:17see120

Milan ın sabiq hücumçusu Yaxın Şərqdə oynayacaq RƏSMİ

03 İyun 2025 09:08see117

Qarabağda gecələyən əcnəbi turistlər otellərdə qalmırlar

03 İyun 2025 10:19see116

Marmarisdəki 5.8 bal gücündə zəlzələnin görüntüləri İnsanlar küçələrə axın etdi

03 İyun 2025 10:17see116

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

03 İyun 2025 12:20see116

Bakıda bu yollarda sıxlıq var SİYAHI

03 İyun 2025 08:26see115

Pərviz Şahbazov: 2030 cu ilin sonunadək Azərbaycanda 1,5 milyard kubmetr təbii qaza qənaət ediləcək

03 İyun 2025 10:00see115

Şaqqıldyan avtomatlar, Əlikramın "strateji məhsul"u və “Lənkəranın İsveçrəsi”...

03 İyun 2025 10:30see114

Stress zamanı insanlar emosional yeməyə meyilli olurlar DİETOLOQ AÇIQLADI

03 İyun 2025 10:41see113

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

03 İyun 2025 12:05see113

Paşinyanla kilsə arasında evlilik davası böyüyür

03 İyun 2025 09:34see113

Milli Məclisdə müzakirə: bu zonada işıq və qaz pulu 3 dəfə azaldılmalı, Bakıda isə... Kommunal xidmətlərlə bağlı dəyişiklik olacaq

03 İyun 2025 13:18see112

Bir gündə 784 reys

03 İyun 2025 08:42see112

Bakıda McDonald s un yanında yanğın VİDEO

03 İyun 2025 11:24see112

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri