Icma.az
close
up
RU
Eminem Meta ya qarşı məhkəmə iddiası qaldırdı 109 milyon dollarlıq tələb

Eminem Meta ya qarşı məhkəmə iddiası qaldırdı 109 milyon dollarlıq tələb

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Amerikalı reper Eminemin "Eight Mile Style" nəşriyyat şirkəti "Meta Platforms"a qarşı məhkəmə iddiası qaldırıb. "Meta" şirkəti ("Facebook", "Instagram" və "WhatsApp" platformalarının sahibi) müəllif hüquqlarını sistemli şəkildə pozmaqda ittiham olunur.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "CBS News" yayıb.

Məhkəmə sənədlərinə əsasən, "Meta" Eminemin musiqi kataloqundan olan 243 mahnını icazəsiz olaraq saxlayıb, çoxaldıb və kommersiya məqsədilə istifadə edib. İddiada "Original Audio" və "Reels" funksiyalarına xüsusi diqqət çəkilir. "Eight Mile Style" bildirir ki, bu funksiyalar istifadəçilərə Eminemin musiqilərindən lisenziyasız və müəllif adı qeyd edilmədən videolar yaratmağa imkan verir və hətta bunu təşviq edir.

Şirkət müəllif hüquqlarının pozulması nəticəsində dəyər itkisi, itirilmiş gəlir və "Meta"nın bu musiqilərdən qazandığı gəlirin kompensasiya edilməsini tələb edir.

Alternativ olaraq, "Eight Mile Style" hər bir mahnı üçün ABŞ qanunvericiliyinə əsasən maksimum 150 000 dollar olmaqla, ümumilikdə 109 350 000 dollar məbləğində kompensasiya istəyir.

Qeyd edək ki, dünyada Eminem adı ilə tanınan Marşall Bryus Matherz III bütün dövrlərin ən uğurlu reperlərindən biridir. Onun 220 milyondan çox albomu satılıb, sənətçi 15 "Grammy" mükafatına layiq görülüb. "The Marshall Mathers LP" albomu ABŞ musiqi tarixində ən sürətlə satılan albomlardan biri hesab olunur.

Xatırladaq ki, bu, Eminemin müəllif hüquqları ilə bağlı ilk məhkəmə iddiası deyil. 2019-cu ildə də "Eight Mile Style" "Spotify"a qarşı müəllif hüquqlarının pozulması və musiqi lisenziyalaşdırılması ilə bağlı qanunun pozulması iddiası qaldırmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 İyun 2025 04:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri