Icma.az
close
up
RU
Ağalar Vəliyev: Azərbaycanın son 22 il ərzində qazandığı yüksək nailiyyətlər Prezident İlham Əliyevin uğurlu dövlət siyasətinin parlaq nəticəsidir

Ağalar Vəliyev: Azərbaycanın son 22 il ərzində qazandığı yüksək nailiyyətlər Prezident İlham Əliyevin uğurlu dövlət siyasətinin parlaq nəticəsidir

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çoxəsrlik tariximizə yazılan Zəfər və Dövlət Suverenliyi günləri Heydər Əliyev siyasətinin təntənəsi, Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin parlaq nəticəsidir.

2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin səmərəli həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır.

Son 22 il ərzində qazanılan uğurların ümumiləşdirilmiş ifadəsi  İlham Əliyevin adını qalib dövlətin, qalib xalqın qalib Lideri, Müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinə  torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırmasıdır.

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev KİV-ə açıqlamasında söyləyib.

Millət vəkili bildirib ki, hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkən İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını əsas hədəf kimi qarşıya qoymuşdur.

Bu hədəfə nail olmaq üçün bölgələrin potensialından səmərəli istifadənin vacibliyi nəzərə alınmış və regional inkişaf  proqramları uğurla icra edilmişdir. Deputat əlavə etmişdir ki, dörd Dövlət Proqramının həyata  keçirilməsinin hər bir bölgənin, o cümlədən parlamentdə təmsilçisi olduğu Xaçmaz rayonunun simasının dəyişməsində və infrastrukturunun yenilənməsində mühüm rolu olmuşdur. Təsadüfi deyil ki, bu gün paytaxt Bakı ilə yanaşı, regionlarımız da davamlı inkişafı, müasirliyi, yeniliyi ilə dünyanın diqqətindədir.  

Tarixi Zəfərimizin reallıqları yeni sənədlərin qəbulunu bir zərurət kimi ortaya qoymuşdur. Bu baxımdan dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təkcə işğaldan azad edilmiş ərazilərimizin deyil, bütün bölgələrimizin  inkişafına geniş imkanlar yaradır.

Bu yaxınlarda Milli Məclis tərəfindən qəbul olunan 2026-cı ilin dövlət büdcəsinin fonunda Azərbaycanın sosial-iqtisadi inkişafını önə çəkən millət vəkili diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı daim dövlətin həyata keçirdiyi siyasətin əsasını təşkil etmişdir.

İqtisadi müstəqilliyin təmin olunmasında Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə öz sözünü deyir. Ölkəmizin iştirakçısı və təşəbbüskarı olduğu enerji layihələrinin icrasından hər il dövlətin büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da öz növbəsində  sosialyönümlülüyün təmin edilməsinə və  önəmli  sosial layihələrin icrasına yönəldilir.

Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığı bugünkü davamlı inkişaf bütövlükdə kompleks tədbirlərin həyata keçirilməsinə əsaslanır.

Suverenliyimizin tam bərpa olunmasının yaratdığı reallıqlar əsasında azad edilmiş ərazilərimizdə geniş vüsət alan bərpa və quruculuq işlərini Azərbaycanın iqtisadi imkanlarının təqdimatı kimi dəyərləndirən Milli Məclisin üzvü qeyd edib ki, bunun bariz təsdiqi Qarabağda və Şərqi Zəngəzurda qısa müddətdə ölçüyəgəlməz işlərin görülməsidir.

Müstəqilliyinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın qalib dövlət kimi şanlı Zəfərdən, Böyük Qayıdışdan və sülh gündəliyindən qaynaqlanan yeni strateji hədəfləri müəyyənləşdirməsindən bəhs edən parlamentari vurğulayıb ki, bu gün Cənubi Qafqazda söz sahibi olan ölkəmiz  regional miqyasda ədalətin, sülhün və əməkdaşlığın təminatçısıdır.

İndi bütün dünya regional liderliyimizi və bölgədə formalaşdırdığımız yeni reallıqları qəbul edir. Son illər ərzində müasir qlobal çağırışların yüksək səviyyədə cavablandırılması, dövlət başçısının mötəbər beynəlxalq tədbirlərdə, dünyanın önəmli liderləri ilə görüşlərdə verdiyi bəyanatlar, xüsusilə cari il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması ölkəmizin Avro-Atlantik məkanda etibarlı tərəfdaş və mühüm strateji mərkəz kimi qəbul olunmasının bariz göstəricisidir.

Ağalar Vəliyev mülahizələrini yekunlaşdıraraq qeyd edib ki, cənab Prezidentin müdrik və uzaqgörən siyasəti sayəsində son 22 ildə qazanılan uğurların miqyası olduqca möhtəşəmdir.

Prezident İlham Əliyevin müəllifi olduğu bugünkü qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi qalib, bütövləşən, yeni Azərbaycandır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Dekabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri