Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Suverenliyimizin tam bərpası İlham Əliyevin uğurlu dövlət siyasətinin parlaq nəticəsidir Ağalar Vəliyev

Suverenliyimizin tam bərpası İlham Əliyevin uğurlu dövlət siyasətinin parlaq nəticəsidir Ağalar Vəliyev

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dörd ildən artıqdır ki, Şanlı Zəfərimizin Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın qarşısında açdığı geniş üfüqlərdən bəhs edirik. Çoxəsrlik tariximizə yazılan Zəfər və Dövlət Suverenliyi Günləri Heydər Əliyev siyasətinin təntənəsi, Ulu Öndərin siyasi kursunun Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin  uğurla davam etdirməsinin nəticəsi kimi dəyərləndirilir. Möhtərəm Prezidentimiz 2003-cü ildə keçirilən andiçmə mərasimində “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram” söyləyərək belə bir əminliyi ifadə etdi ki,  ölkəmiz bundan sonra da  inkişaf edəcək, daha da güclənəcək.

Dövlət başçısının son 21 ildə Azərbaycanın bu günü və gələcəyi naminə atdığı addımlar, əldə olunan uğurlarla verdiyi hər bir vədi reallığa çevirdiyini təsdiqlədi. Qazanılan yüksək nailiyyətlərin ümumiləşdirilmiş ifadəsi cənab İlham Əliyevin adını Azərbaycan tarixinə  torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırmasıdır.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev deyib. 

Millət vəkili qeyd edib ki, hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkən cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını əsas hədəf kimi qarşıya qoymuşdur. 

Bu hədəfə nail olmaq üçün  regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyi vurğulanmış və Regional inkişaf  proqramları təsdiqlənərək uğurla icra edilmişdir. Dörd Dövlət Proqramının həyata  keçirilməsi hər bir bölgənin simasının dəyişməsində, infrastrukturun yenilənməsində, hər bir rayonun malik olduğu imkanlardan səmərəli istifadəni təmin etmək üçün mühüm addımların atılmasında aydın ifadəsini tapır. Bu gün paytaxt Bakı ilə yanaşı, regionlarımız da uğurlu inkişafı, müasirliyi, yeniliyi ilə dünyanın diqqətindədir.  

Tarixi Zəfərimizin reallıqları yeni sənədlərin qəbulunu bir zərurət kimi ortaya qoydu. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təkcə işğaldan azad edilmiş ərazilərimzin deyil, bütün bölgələrimizin  inkişafına geniş imkanlar yaradacaq.

Bu günlərdə üçüncü oxunuşda qəbul olunan 2025-ci ilin dövlət büdcəsinin fonunda Azərbaycanın sosial-iqtisadi inkişafını önə çəkən millət vəkili bildirib ki, Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı daim dövlətin həyata keçirdiyi siyasətin əsasını təşkil etmişdir. 

İqtisadi müstəqilliyin təmin olunmasında Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadə öz sözünü deyir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin icrasından hər il dövlətin büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da öz növbəsində  sosialyönümlülüyün təmin olunmasına,  mühüm sosial layihələrin icrasına yönəldilir.

Azərbaycanın bu günkü dayanıqlı inkişafı bütövlükdə kompleks tədbirlərin həyata keçirilməsinə əsaslanır. 

Milli Məslisin üzvü şanlı Zəfərimizin və suverenliyimizin tam bərpa olunmasının yaratdığı reallıqlar əsasında azad edilmiş ərazilərimizdə geniş vüsət alan bərpa-quruculuq işlərini Azərbaycanın iqtisadi imkanlarının təqdimatı kimi dəyərləndirərək vurğulayıb ki, cənab İlham Əliyevin 21 illik Prezidentilk dövrünün 17 ili  torpaqlarımızın işğaldan azad  edilməsi ilə  yanaşı,  Qələbədən sonra bu ərazilərdə aparılacaq bərpa işlərinə hazırlığa həsr olundu. Bunun təsdiqi tarixi Zəfərimizdən dərhal sonra Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə start verilməsi, qısa müddətdə ölçüyəgəlməz işlərin görülməsidir. 

Azərbaycanın bu gün yeni körpülər qurmasından, yeni əməkdaşlıq formatlarının müəllifi kimi nüfuz qazanmasından danışan parlamentari vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarını edir və bunu  atdığı addımları ilə təsdiqləyir. Qlobal problemlərin həlli yollarının Azərbaycanda müzakirə edilməsi, eyni zamanda, Azərbaycanın ev sahibliyi etdiyi, yaxud dövlət başçısı İlham Əliyevin fəxri qonaq qismində qatıldığı tədbirlərin say tərkibinə, əhatə etdikləri mövzulara diqqət yetirdikdə bu gün Azərbaycana diqqət və marağı, mövqeyinə verilən önəmi daha aydın görürük. 

Dövlət başçısının  qeyd etdiyi kimi, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Xarici siyasət daxili siyasətin davamıdır. Xarici siyasətimiz çox aydın, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı bizi 155 ölkə BMT Təhlükəsizlik Şurasına üzv, 120 ölkə Qoşulmama Hərəkatına sədr seçməzdi, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.

Qalib və bütövləşən Azərbaycanın hər dövrün çağırışlarını  yüksək səviyyədə cavablandırması ölkəmizin uğurlarının davamlılığında  əsas amillərdən biridir. Hazırkı dövrün əsas hədəfi yaşıl enerjiyə keçiddir.  

Cənab Prezident ötən ay Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri çərçivəsində Liderlərin Sammitində bu çağırışı etdi ki, Azərbaycan yaşıl keçidin güclü carçısı olacaq. COP29 tədbirinin yüksək təşkilatçılığı, uğurlu nəticələri Azərbaycanın söz sahibliyinin, beynəlxalq nüfuzunun təqdimatı oldu. Qısa müddətdə  tədbirə belə yüksək səviyyədə hazırlıq Prezident İlham Əliyevin Liderliyinin, uğurlu siyasətinin nəticəsi kimi dəyərləndirildi. 

Ağalar Vəliyev sonda qeyd edib ki, 21 ilin uğurlarının miqyası olduqca möhtəşəmdir. Ötən illər ərzində cənab İlham Əliyevin  atdığı addımların hər biri gələcəyə, dahi şəxsiyyət  Heydər Əliyevin görmək istədiyi Azərbaycanın qurulmasına, tanınmasına, ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinə yönəlmişdir. Möhtərəm Prezidentimizin müəllifi olduğu bugünkü qüdrətli Azərbaycan Ulu Öndərimizin görmək istədiyi qalib, bütövləşən, yeni Azərbaycandır.
 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://unikal.az
archiveBu xəbər 23 Dekabr 2024 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see493

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see394

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see383

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see329

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see296

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see287

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see240

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see212

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see183

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see168

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see167

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri