Ağalı kəndində biabırçılıq: Oğlunu əməliyyata göndərdi, gəlininə…
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində gəlinini döyməkdə təqsirləndirilən Tahir Quliyevin (ad və soyad şərtidir - red.) barəsindəki cinayət işi üzrə proses başa çatıb.
Bizim.Media xəbər verir ki, sonuncu iclasda təqsirləndirilən şəxsə hökm oxunub, o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Zəngilan rayonunun Ağalı kəndində baş verib. 1965-ci il təvəllüdlü T. Quliyevin oğlunun səhhətində ciddi problem yaranıb.
Oğlu anası ilə birlikdə Bakı şəhərindəki xəstəxanalardan birinə yollanıb və orada əməliyyat olunub. T.Quliyev bir müddət gəlini ilə evdə qalıb.
Bundan istifadə edən T.Quliyev axşam saatlarında işdən gəlib, gəlinini otağa çağırıb və onunla yatmağı təklif edib. Qadın qayınatasının bu təklifini rədd edərək öz otağına qaçarkən T.Quliyev onu tutaraq otağına gətirib və cinsi əlaqədə olmağa cəhd edib.
Gəlin ikinci dəfə qayınatasının əlindən çıxaraq otağına qaçıb və qayınanasına zəng vurub. Bunu görən qayınata mətbəx bıçağı ilə gəlininə hücum edib, telefonu onun əlindən alaraq söndürüb. O, daha sonra gəlinindən üzr istəyib və bu barədə heç kimə heç nə deməməsini tapşırıb, əks halda gəlinini öldürməklə hədələyib.
Məsələ ilə bağlı gəlin hüquq-mühafizə orqanlarına müraciət edib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisədə şübhəli bilinən T.Quliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. (Oxu.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 01 İyun 2026 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















