Icma.az
close
up
RU
Ağalı kəndindən başlayan döyüş əməliyyatları qələbə nidası ilə yekunlaşdı

Ağalı kəndindən başlayan döyüş əməliyyatları qələbə nidası ilə yekunlaşdı

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2020-ci il oktyabrın 20-si tarixi təqvimimizdə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olundu.

Xatırladaq ki, Zəngilan rayonu Ermənistan tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunmuşdu. İyirmi yeddi illik işğal dövründə erməni cinayətlərinə şahidlik edən rayon böyük dağıntılara məruz qalıb.

İran və Ermənistanla həmsərhəd olan Zəngilan strateji cəhətdən vacib əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsi zamanı aparılan döyüş əməliyyatları Zəngilanın Ağalı kəndindən başladı. Aparılan uğurlu döyüşlər zamanı Azərbaycan Ordusunda vətənpərvərlik ruhu çox yüksək səviyyədə idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazaraq, beş il öncə, yəni 2020-ci il oktyabrın 20-də Zəngilanı işğaldan azad etməyə nail oldu və bununla da, Azərbaycanın Zəngəzur bölgəsinə nəzarət imkanları yarandı.

Tarixi Zəfərimizin nəticəsi olaraq, 2020-ci il dekabrın 23-də isə dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycan Dövlət Bayrağını Zəngilanda yüksəklərə qaldırdı. Dövlət başçısının 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur.

Azad olunandan sonra rayon ərazisində infrastrukturun bərpası üzrə işlər uğurla həyata keçirilir. Onu da qeyd edək ki, Qarabağa “Böyük Qayıdış” məhz Zəngilan rayonunun Ağalı kəndi ilə başlamış və rayonda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilmişdir.

Beləliklə, Zəngilanın işğaldan azad edilməsi ilə ölkəmizin inkişafı üçün yeni perspektivlər əldə olunmuşdur. Şübhə yoxdur ki, Müzəffər Ali Baş Komandanın uğurlu siyasəti nəticəsində Zəngilan, eləcə də işğaldan azad edilmiş bütün torpaqlarımız abadlaşacaq və bu torpaqlarda yeni həyat canlanacaqdır.

Türkan Əhmədova,

ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri