Icma.az
close
up
RU
Menu

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Ağalının ağ günlərinin uşaqları

Ağalının ağ günlərinin uşaqları

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağalı kəndinə gəlməyi çoxdan arzulayırdım. Azad Zəngilanla tanış olmaq, Vətənimin bu gözəl guşəsini qarış-qarış gəzmək istəyimi alovlandıran iki səbəb vardı. Birincisi, dumanlı da olsa, xatırlayıram ki, ötən əsrin doxsanıncı illərində, tanrının xalqımızı min-bir müsibətlə sınağa çəkdiyi vaxtlarda doğma Xocalımdan didərgin düşən zaman mən hərbi yük maşınında bu yerlərdən keçib getmişdim. Ona görə də otuz üç il sonra qalib ölkənin qürurlu vətəndaşı kimi gəldiyim yollarla geri qayıtmaq, Zəngilanı yenidən görmək məndə qarşısıalınmaz arzuya çevrilmişdi.

Zəngilanda uşaqlarla – “ağıllı” Ağalının şirin-şəkər dəcəlləri ilə görüşməyi, onlardan yazı hazırlamağı xeyli vaxtdır planlaşdırmışdım. Sosial şəbəkələrdə tez-tez rastlaşdığım Ağalı körpələr evi-uşaq bağçasının balaca sakinlərinin bir-birindən maraqlı görüntüləri, oyunları, rəqsləri məni valeh etmişdi. Özümə söz vermişdim ki, mütləq yolumu burdan salmalıyam.

...Və budur, Ağalının müasir, yarlı-yaraşıqlı, səliqə-sahmanlı, fəaliyyəti bu tip uşaq müəssisələrinə nümunə ola biləcək bağçasındayam. Yolun uzaqlığından ancaq günorta gəlib çıxa bilmişəm. Elə bir vaxtda ki, şirin-şəkərlər mışıl-mışıl yuxu “bişirirlər”. Neyləmək olar, qoy yatsınlar, nənələrimiz demişkən, yatsınlar, tez böyüsünlər, ailələrinə, xalqımıza, dövlətimizə layiqli övladlar olsunlar. Gözləmək lazımdır ki, nə vaxt yuxudan doyub duracaqlar. Uşaqların öz sehrli dünyaları var. Onların baxışları kimi saf, ürəkləri kimi tərtəmiz dünyasının qapısını azca aralamaq kifayət edir ki, özün də uşaqlaşasan, bir anlıq da olsa keçmişinə, körpəliyinə dönəsən. Hələ o məsum fidanlar da sənə sevgiylə qucaq açdımı, bütün qayğıları, dərdləri unudursan. İnanırsan ki, onların məsumluğu dünyamızı pisliklərdən qoruyacaq, dağılmaqdan xilas edəcək.

Bağça müdiri Gülnaz Mahmudova ilə söhbətimiz bu barədə oldu. Dedi ki, uşaqlar onlara göstərilən münasibətə çox həssasdırlar. Sevgiylə yanaşmalısan ki, qarşılığında sevgi görəsən, üzləri gülsün, xoşbəxt olsunlar. “Uşaqlarla işləmək çətin deyil ki” sualıma Gülnaz müəllimə “əksinə, böyüklərlə işləmək daha çətindir. Mən balacalarla vaxt keçirməkdən, onların rəqslərini, oyunlarını çəkib paylaşmaqdan zövq alıram.”, – deyə cavab verdi. Hə, bir də əsas bu fidanların hər birinə fərdi yanaşmadır. Axı hərəsinin bir xasiyyəti var. Dilin tapmasan, dostlaşa bilməsən işləyə də bilməzsən.

Gülnaz Mahmudaova məni bağçada yaradılan şəraitlə də tanış edir. Gördüklərim məni həm yaxşı mənada təəccübləndirir, həm də sevindirir. Burada uşaqların xoş vaxt keçirmələri, əylənmələri, qidalanmaları üçün hər şey yüksək səviyyədədir. Yataq otaqları, sanitar qovşaqlar, istirahət, idman və musiqi otaqları, mətbəxi təmiz və səliqəlidir. Mətbəxə baş çəkmişkən uşaqların qida rasionu ilə də maraqlanıram. Maşallah, şirin-şəkərlərə hər gün milli mətbəximizin ləziz təamları – dolma, küftə, dovğa və s. bişirilir, müxtəlif meyvələr, təbii şirələr verilir. Bir sözlə, yaradılan şəraitə, burada hökm sürən xoş ovqata baxanda insanın bağçaya gedəcək qədər körpələşməyi gəlir.

Axır ki, uşaqlar yavaş-yavaş yuxudan oyanırlar, balaca çarpayılardan muncuq kimi gözlər parıldayır. Tərbiyəçilər, dayələr onlara əyinlərini geyinməyə kömək edirlər, tərləyəni varsa alt paltarlarını dəyişdirirlər. Sonra yaş qruplarına görə öz yemək və istirahət otaqlarında toplaşırlar. İndi “axşamüstü” paylarını da yeyib oyunlar oynamağa başlayacaqlar. Yeri gəlmişkən, tərbiyəçi müəllimlərdən biri İpək Aslanova Zəngilan rayonunun erməni quldurları tərəfindən işğalından əvvəl də Ağalı bağçasında işləyib.

Həmin vaxt qrupunda olan uşaqlardan biri isə indi burada dayə kimi çalışır. Hansı hisslər keçirdiyini soruşuram. Cavab verir ki, otuz ildən sonra azad Ağalıya qayıdıb yenidən sevimli işimdə çalışdığım üçün özümü xoşbəxt sayıram. Allah torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Allah müzəffər Prezidentimizi qorusun! Bizi doğma yurdumuza qaytardı, bu səadəti bizlərə bəxş etdi!

Uşaqlar şirin-şirin “axşamüstü”lərini yeyirlər. Görəsən, dadlıdırmı? Hamısı bir nəfər kimi yumruqlarını sıxıb baş barmaqlarını yuxarı qaldırır. Yəni, əladır. Sağ olsunlar, mənə də peçenyə təklif edirlər.

Yeməklərini bitirdikdən sonra üç qrupun uşaqlarının hamısı “qatar” düzəldərək oyun və musiqi otağına yollanır. İndi burada rəqs edəcək, qonağa, yəni mənə öz məharətlərini göstərəcəklər. Onların üzlərindəki qayğısız təbəssümü, xoşbəxtlik duyğusunu həyəcansız seyr etmək mümkün deyil. Dayanıb dəqiqələrcə, hətta saatlarca baxmaq istəyirsən. Siz hələ bu şirin-şəkərlərə “gəlin yanıma şəkil çəkdirək” deyən məni necə sevgiylə, hərarətlə əhatəyə aldıqlarını, qucaqladıqlarını görəydiniz! Qarışıqlıqda hansısa üzümdən öpür!

Söhbətləşirik. Danışıqları da bal kimidir. Kukla kimi Banu, qardaşı Barış... Adı Barış olmağına baxmayın, üz-gözündən barışsızlıq, dəcəllik yağır. Gözəl Fidan da ki bir başqa aləmdir. Muraz, bacısı Ayşə, Murad, Aylin. Biri böyüyəndə müəllim olacağını deyir, biri həkim, biri isə “tanksürən”. Valideynlərinin nə işlə məşğul olduqlarını da özlərinə məxsus dildə çatdırırlar. Məsələn, gözəl Dəniz deyir ki, atası ağacsulayan işləyir...

Di gəl, bu gül balalardan ayrıl, görüm necə ayrılırsan. Ancaq neyləmək olar, getmək vaxtıdır. Sağollaşıram. Yenə hamısı bir yerdə əl edir, məni yola salır. Mənsə ürəyimi yanlarında qoyub gedirəm. Deyirəm ki, sağ-salamat qalın, azad Vətənin xoşbəxt, qayğısız övladları! Yenidən görüşənədək, Ağalının şirin-şəkər dəcəlləri!

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Zəngilan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 02:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see298

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see277

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see272

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see265

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see264

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see264

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see246

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see245

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see242

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see242

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see237

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see234

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see230

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see217

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see210

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see199

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see183

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see181

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri