Icma.az
close
up
RU
Məcnun Məmmədov: Bu, Ağalının timsalında işğaldan azad olunmuş ərazilərdə dövlət və fermerlərin birgə əməkdaşlığında ilk nümunədir

Məcnun Məmmədov: Bu, Ağalının timsalında işğaldan azad olunmuş ərazilərdə dövlət və fermerlərin birgə əməkdaşlığında ilk nümunədir

Icma.az, Azertag saytına istinadən bildirir.

Zəngilan, 30 aprel, AZƏRTAC

İşğaldan azad olunmuş torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Ağalı sakinlərindən müraciətlərin qəbulu prosesi 1 mart-31 mart tarixləri arasında Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) vasitəsilə aparılıb. Daxil olan müraciətlər təhlil edilib, şərtlərə cavab verən 68 müraciət təsdiqlənib. Müraciətləri təsdiqlənmiş şəxslərdən 32 nəfər tərəfindən 3 kooperativ formalaşdırılıb və onlarla torpaqdan istifadə ilə bağlı müqavilələr imzalanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Zəngilanın Ağalı kəndində kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

“İnanıram ki, dövlət tərəfindən infrastrukturla tam təmin olunmuş, torpağı əkinə hazır vəziyyətə gətirilmiş fermerlərimiz yaxın gələcəkdə bu ərazilərdə məhsul istehsalına başlayacaqlar. Burada, eyni zamanda, elmi-tədqiqat institutlarımız da sınaq əkinləri keçirəcəklər. Fermerlərə müxtəlif bitki növlərinin necə yetişdirildiyini əyani şəkildə göstərəcəklər. Bu, Ağalının timsalında işğaldan azad olunmuş ərazilərdə dövlət və fermerlərin birgə əməkdaşlığında ilk nümunədir və biz bunu azad olunmuş digər ərazilərdə də genişləndirməyi düşünürük”, - deyə nazir qeyd edib.

Məcnun Məmmədovun sözlərinə görə, 2026-cı ilin sonuna qədər 44 kəndin salınması və əhalinin geri qaytarılması nəzərdə tutulub: “Biz bu kəndlərin hamısında kəndətrafı torpaqları fermerlərin birgə qurduqları kooperativlərə təhkim etməyi planlaşdırırıq. Nazirlər Kabinetinin qərarına əsasən, təhkim olunan torpaqlar üçün icarə haqqı ödənilməyəcək. Azad edilmiş ərazilərdə həm alınan texnika və qoşqular, eyni zamanda, əkin əraziləri üçün fərqli güzəştlər veriləcək. Bundan əlavə, formalaşdırılmış kooperativlərə daha yüksəkəmsallı subsidiyalar, güzəştlər tətbiq ediləcək. İnanırıq ki, kooperativ təsərrüfatlar daha yaxşı nəticələr verəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri