Ağamirzə həmkarının sözlərinə reaksya: Cavandır, fikir vermək lazım deyil
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Meyxana ifaçısı Ağamirzə Məmmədovla həmkarı Ruslan Müşfiqabadlı arasında qalmaqal yaşanıb.
Ruslan Müşfiqabadlı mətbuata açıqlamasında bu sənətdə özünə heç kimi ustad görmədiyini bildirib:
"Meyxanada "mənim ustadım" sözü yoxdur. Onlar mənim yox, sənətimin ustadlarıdır. Ona görə də onlara ehtiram göstərirəm. Nə Ağamirzə, nə də Vüqar Əbdülov mənim ustadımdır. Onlar mənə heç nə öyrətməyiblər".
Meyxanaçı Ağamirzə Məmmədov Qaynarinfo-ya həmkarının fikirlərinə münasibət bildirmək istəmədiyini deyib:
"Cavandırlar, fikir vermək lazım deyil. Ruslan bacım oğludur, həmişə mənə dayı deyir. Cavandır da, deyib, nə etmək olar. Ruslan çox qabiliyyətli oğlandır".
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:Ürəyi 14 yaş cavandır
11 Oktyabr 2025 17:29
Vikpediyasında yazıb ki, məndən cavandır
11 Dekabr 2025 23:53
“Ruhum cavandır, amma cismim qocalıb” Video
22 Noyabr 2024 14:09
Ağamirzə: “Verilişlərdən bu yığışdırılsın”
21 Noyabr 2024 15:03
Ağamirzə verilişlərdən bunun yığışdırılmasını istəyir
21 Noyabr 2024 12:52
Baxış sayı:62
Bu xəbər 19 Noyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















