Icma.az
close
up
RU
Ağasəlim Mircavadov Santuşu uğursuzluqda ittiham etdi Ciddi səhvləri oldu

Ağasəlim Mircavadov Santuşu uğursuzluqda ittiham etdi Ciddi səhvləri oldu

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Oyun gedişatında çoxlu səhvlər oldu. Məşqçi elə də uğurlu deyildi”.

Bunu Modern.az-a açıqlamasında keçmiş "Xəzər-Lənkəran FK"nun baş məşqçisi, futbol mütəxəssisi Ağasəlim Mircavadov Azərbaycan millisinin İslandiyaya 5 cavabsız qolla məğlubiyyətini şərh edərkən deyib.

“Biri var ki, oyun ərzində elə bir vəziyyət yarana ki, komandadakı sistem səni məcbur edir müdafiədə oynayasan. Bu, başqa məsələdir. Amma əgər sən könüllü şəkildə müdafiədə oynayırsansa, deməli əks-hücumlarda da uğur əldə etməyəcəksən. Statistikaya baxsaq, topa sahibolma faizi 71-ə 29-dur. Hələ bu, İslandiya ilə oyundur. Qarşıda bizi Ukrayna və Fransa kimi daha güclü rəqiblər gözləyir.

Mən demirəm ki, İslandiya zəif komandadır – xeyr. Onların özünəməxsus oyun üslubu var. Xatırlayırsınızsa, 2018-ci ildə Rusiya dünya çempionatında onlar iştirak edirdilər və o vaxt oyunçu briqadaları çox güclü idi. İndi isə əvvəlki qədər effektli deyillər. Ancaq yenə də İslandiya ilə oyuna müdafiə taktikasında başlamaq və topa bu qədər az sahib olmaq düzgün yanaşma deyil”.

Ağasəlim Mircavadov vurğulayıb ki, komandanın oyun planı olmalıdır:

“Mən həmişə deyirəm: komandanın oyun planı olmalıdır. Əgər oyun varsa, qələbə də olacaq. Oyun yoxdursa, qələbə də olmayacaq. Bu bir aksiomadır. Dünənki oyunda isə nə heyət seçimini, nə də edilən dəyişiklikləri başa düşə bilmədim. Açıq şəkildə desək, ciddi səhvlər oldu.

İndi rəhbərlik onu dəvət edib, bəlkə də yenidən onunla danışacaq. Amma mən bir şeyi tam əminliklə deyə bilərəm: əgər bu məşqçi azərbaycanlı olsaydı və nəticələr belə olsaydı, çoxdan istefa verərdi. Çünki azərbaycanlı məşqçilərin öz xarakteri, istəyi və xalqına sevgisi var. Alınmırsa – deməli, gedir”.

A.Mircavadov eyni zamanda, Fernandu Santuşun jurnalistlərə verdiyi müsahibəsinə də diqqət çəkib:

“Çox qəribədir, xarici məşqçilər adətən belə düşünür ki, müqaviləm varsa, müddəti bitənə qədər işləyəcəm. Yox, əgər məni istefaya göndərirsinizsə, təzminat ödəyin. Yerli məşqçilər isə bunu etməzlər.

Burada əsas sual budur: biz xarici məşqçini niyə dəvət edirik? Xarici oyunçunu dəvət edəndə məqsəd odur ki, yerli gənc oyunçular onlardan öyrənsin, inkişaf etsin. Amma bizdə proses tərsinə gedir. Hətta deyərdim ki, bəzi vaxtlarda xarici məşqçi özü Azərbaycanda işləməyi öyrənirdi. Limiti ləğv etdikdən sonra klubların çoxu xarici oyunçu dəvət etdilər. Bəs yığma komandaya yerli oyunçular haradan gələcək? Söhbət əsas millidən gedir. Biz bu komanda ilə yaşamalıyıq, onu düşünməliyik, onunla nəfəs almalıyıq. İstək olmalıdır ki, milli yaxşı oynasın”.

Sabiq baş məşqçi vurğulayıb ki, yaxşı oyun üçün keyfiyyətli yerli futbolçular hazırlanmalıdır:

“Mən demirəm ki, heç hazırlanmır, hazırlanır. Amma bu sahədə keyfiyyət daha yüksək olmalıdır. Bu məsuliyyət isə həm klubların, həm də məşqçilərin üzərinə düşür.

Əvvəllər hər klubda heç olmasa 2-3 yaxşı oyunçu olurdu və onlar da yığmada oynayırdı. İndi isə analiz aparmaq lazımdır: biz hansı yolu seçməliyik, məşqçi ilə necə işləməliyik ki, bu iş bizə fayda versin.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Sentyabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri