Icma.az
close
up
RU
Bakıda məktəblilər arasında velosiped yarışı başa çatıb FOTO

Bakıda məktəblilər arasında velosiped yarışı başa çatıb FOTO

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən məktəblilər arasında şose yarışları üzrə Bakı birinciliyi başa çatıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) məlumat verilib.

Bakı şəhərinin 2026-cı ildə “Dünyanın İdman Paytaxtı” seçilməsi münasibətilə təşkil olunan yarışın final mərhələsi Veloparkda keçirilib.

Paytaxtın 12 rayonunu əhatə edən və ümumilikdə 600-ə yaxın məktəblinin iştirak etdiyi seçmə mərhələlərin nəticələrinə əsasən finala vəsiqə qazanan 2013–2014-cü il təvəllüdlü oğlan və qız velosipedçilər qrup ötüşməsində mübarizə aparıblar.

Qızların yarışında Sabunçu rayonu 113 saylı tam orta məktəbin şagirdi Ülkər Həsənli bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. Eyni rayonun 148 saylı tam orta məktəbinin təmsilçisi Aysel Aşurova ikinci, Binəqədi rayonu 248 saylı tam orta məktəbin şagirdi Gülər Cəfərova isə üçüncü olub.

Oğlanların mübarizəsində Pirallahı rayonu 243 saylı tam orta məktəbin şagirdi Rəsul Əkbərov finiş xəttini birinci keçərək Bakı birinciliyinin qalibi adını qazanıb. Yasamal rayonu 133 saylı tam orta məktəbin təmsilçisi Əli Həmidov ikinci, Sabunçu rayonu 113 saylı tam orta məktəbin şagirdi Əlimirzə Heydərli isə üçüncü yeri tutub.

Fərqlənən şagirdlər medal və diplomlarla, həmçinin Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən velosipedlərlə mükafatlandırılıblar. Mükafatları Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu, Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov və Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin direktoru Gülnarə Məlikova təqdim ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Noyabr 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see359

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see314

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see286

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see281

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see276

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see272

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see262

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see250

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see248

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see234

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see233

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see229

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see228

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see223

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see217

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see215

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see213

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see201

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see194

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri